Yeni çəkilən zolaq sürücülərdə çaşqınlıq yaradır

Yeni çəkilən zolaq sürücülərdə çaşqınlıq yaradır






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA), #Mikromobillik, #Nəqliyyat, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Şəfaət Mehdiyev küçəsi ilə Əbdürrəhim bəy Haqverdiyev küçəsinin kəsişməsində bir müddət əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən xətlənmə işləri aparılıb. Lakin bu işlərdən sonra ərazidə uzun tıxacların yaranması sürücülərin narazılığına səbəb olub.

Sürücülərdən biri yaranan sıxlıqdan şikayət edərək, “Çox pisdir, tıxac yaranır”, – deyə bildirib.

Başqa bir sürücü isə yol nişanlarının yerləşdirilməsi ilə bağlı çətinlikləri vurğulayıb:

“Qayda pozmalı oluruq. Ona görə ki, yolayrıcına çatanda görürük ki, işarə ancaq yerdədir. Yuxarıda asılı vəziyyətdə olsa, görərik. Çox çətinlik çəkirik”.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirib ki, göstərilən ərazidə hərəkət zolaqlarının sayı eyni saxlanılmaqla mikromobillik zolağı təşkil edilib, yəni zolaqların sayı dəyişdirilməyib. Əlavə olaraq, Əbdürrəhim bəy Haqverdiyev küçəsindən Şəfaət Mehdiyev küçəsi istiqamətində sola dönmə zolağı təşkil edilib ki, bu da Hüseyn Cavid prospekti ilə kəsişmədəki yükün paylanmasına hesablanıb.

Qeyd olunub ki, dəyişiklikdən sonra bu istiqamətdə vəziyyət əvvəlki ilə müqayisədə xeyli yaxşılaşıb.

Daha ətraflı Baku TV-nin videomaterialında:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv