Qəbələdə Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və təhlükəsizliyi müzakirə edildi

Qəbələdə Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və təhlükəsizliyi müzakirə edildi






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Ermənistan, #Gürcüstan, #İran, #Qəbələ, #Şahin Mustafayev

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Noyabrın 28 -də Azərbaycan Respublikasının Qəbələ şəhərində Azərbaycan Respublikasının baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın 12-ci görüşü keçirilib.

presstvaz xəbər verir ki, komissiyaların 12-ci görüşü tərəflərdən birinin ərazisində – Azərbaycanın Qəbələ şəhərində keçirilir.

Görüş zamanı tərəflər 16 yanvar 2025-ci il tarixində keçirilmiş 11-ci görüşün yekunları üzrə əldə olunmuş, delimitasiyası üzrə kompleks işlərin dövlət sərhədinin şimal sahəsindən başlayaraq Azərbaycan Respublikasının, Ermənistan Respublikasının və Gürcüstanın sərhədlərinin qovuşma nöqtəsi ərazisindən cənub istiqamətində, şimaldan cənuba, Azərbaycan Respublikasının və Ermənistan Respublikasının İran İslam Respublikası ilə sərhədinə qədər başlanması barədə, razılaşmanı qeyd etmişlər.

Tərəflər delimitasiya tədbirləri ilə bağlı təşkilati və texniki məsələlər üzrə ətraflı fikir mübadiləsi aparmışlar.

Həmçinin delimitasiya işlərinin həyata keçirilməsi qaydasına dair müvafiq təlimat layihələri müzakirə olunmuşdur.

Azərbaycan Respublikasının baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının baş nazirinin müavini Mher Qriqoryan qarşılıqlı maraq doğuran məsələlər üzrə ayrıca fikir mübadiləsi aparmışlar.

Tərəflər növbəti görüşün tarixini iş qaydasında, Ermənistan Respublikasının şəhərlərindən birində, müəyyən etmək barədə razılığa gəlmişlər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv