62 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

62 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb






presstv

"Presstv"az #Araşdırma, #Baş Narkotiklərlə Mübarizə İdarəsi, #İran, #Məhkum, #Narkotik vasitələrin qanunsuz dövriyyəsi, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə tədbirləri davam etdirilir. Astara rayonunda keçirilən əməliyyat zamanı əvvəllər də narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş 43 yaşlı Anar Novruzov və onunla əlbir olan 39 yaşlı Taleh Məmmədov tutulublar.

presstvaz xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, saxlanılan şəxslərdən ümumilikdə 62 kiloqram tərkibinə psixotrop maddələr əlavə edilmiş marixuana aşkarlanaraq dövriyyədən çıxarılıb. Onlar ifadələrində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Astara rayonu ərazisində gizlədilən yerdən götürdüklərini və maddi gəlir qazanmaq üçün ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqlarını etiraf ediblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv