Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər Azərbaycan xalqından üzr istəyiblər

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər Azərbaycan xalqından üzr istəyiblər






presstv

"Presstv"az #Ailə, #Araşdırma, #Audi, #Azərbaycan, #Bakı, #Cinayət işi, #Səbail, #Şəhidlər xiyabanı, #Səudiyyə Ərəbistan, #Səudiyyə Ərəbistanı, #Sosial şəbəkələr, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakıda Şəhidlər xiyabanında qeyri-etik videolar çəkərək həmin videogörüntünü sosial şəbəkələrdə paylaşan Səudiyyə Ərəbistanının üç vətəndaşının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

presstvaz-ın məlumatına görə, Səbail Rayon Məhkəməsində keçirilən prosesdə təqsirləndirilənlər – Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammada hüquq və vəzifələri izah olunub.

Təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilərkən məlum olub ki, Alghabr Mohammad Hussain Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyində tədqiqatçı işləyir.

Daha sonra onların Azərbaycan xalqına, eləcə də şəhid ailələri və qazilərə etdiyi müraciət məhkəmədə elan olunub.

Hər üç şəxs müraciətində bildirib ki, onlar olduqları yerin mahiyyətini dərk etmədiklərindən bu hərəkətə yol veriblər.

“Azərbaycan bizim üçün dost və doğma ölkədir. Həmin yerin Azərbaycan xalqı üçün müqəddəs olduğunu bilməmişik. Buna görə də Azərbaycan xalqından, şəhid ailələrindən və qazilərdən üzr istəyirik”.

Prosesin davamında dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, sözügedən şəxslər bu il avqustun 16-da, saat 17 radələrində Şəhidlər xiyabanına gələrək bir neçə şəhidin məzarı üzərində qeyri-etik hərəkətlər ediblər.

Təqsirləndirilən şəxslər ittiham üzrə özlərini təqsirli hesab etməyiblər.

Qeyd edək ki, araşdırmalarla həmin şəxslərin bu ilin avqustun 13-də Bakıya turist kimi beşgünlük gəldikləri və Şəhidlər xiyabanında çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyənləşdirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə cinayət işi başlanılıb. Polis əməkdaşlarının gördüyü tədbirlərlə hər üç şəxs saxlanılaraq istintaqa cəlb edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv