Nazir: “Şimal-Cənub dəhlizi üzrə yük dövriyyəsi 5 milyon tona çatdırılacaq”

Nazir: “Şimal-Cənub dəhlizi üzrə yük dövriyyəsi 5 milyon tona çatdırılacaq”






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #İran, #Nəqliyyat, #Rəşad Nəbiyev, #Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“2028-ci il yanvarın 1-dən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə yük dövriyyəsinin 5 milyon tona çatdırılması planlaşdırılır”.

presstvaz “Report”a istinadən xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev MDB Dəmir Yolu Nəqliyyatı Şurasının 83-cü iclasının ikinci günündə bildirib.

Onun sözlərinə görə, gələcəkdə bu göstərici ildə 15 milyon tona qədər artırılacaq: “Dəhlizin Azərbaycan hissəsində infrastrukturun yenilənməsi işləri fəal şəkildə davam etdirilir. Cari ilin sonunadək xəttin yenidən qurulması başa çatacaq, paralel olaraq Ələt-Osmanlı-Astara xəttində tikinti və bərpa işləri aparılır”.

Nazir qeyd edib ki, Şimal-Cənub dəhlizinin inkişafı üçün İran ilə də sıx əməkdaşlıq həyata keçirilir: “Astara” terminalının tikintisi üzrə əhəmiyyətli işlər mübadiləsi nəzərdə tutulur. Terminalın tikintisini 2026-cı ilin sonunadək tamamlamağı planlaşdırırıq”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv