Gəncədə 17 yaşlı oğlanı öldürən şəxsin cəzası azaldıldı

Gəncədə 17 yaşlı oğlanı öldürən şəxsin cəzası azaldıldı






presstv

"Presstv"az #Audi, #Cinayət işi, #Gəncə Apellyasiya Məhkəməsi, #Gəncə şəhəri, #Hadisə, #Qəsdən adam öldürmə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Gəncə şəhərində 17 yaşlı oğlanı qətlə yetirməkdə təqsirləndirilən şəxsin cəzası azaldılıb.

presstvaz-ın məlumatına görə, Gəncə Apellyasiya Məhkəməsində 17 il müddətinə azadlıqdan məhrum edilən təqsirləndirilən şəxs, 1984-cü il təvəllüdlü Azər Mövsümovun Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinə baxılıb.

Məhkəmənin qərarı ilə şikayət qismən təmin edilib. Qərara əsasən, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmündə A.Mövsümovun təqsirləndirildiyi Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilib və onun cəzası 17 ildən 13 ilə endirilib.

Xatırladaq ki, hadisə Gəncə şəhəri, 3-cü mikrorayon ərazisində qeydə alınıb.

Şəhər sakini, 1984-cü il təvəllüdlü Azər Mövsümov aralarında yaranmış mübahisə nəticəsində 17 yaşlı Həsən Novruzovu bıçaqlayıb. Yaralı Abbas Səhhət adına xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. H.Novruzov xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb, Azər Mövsümov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Mövsümov 17 il müddətinə azadlıqdan məhrum edilmişdi.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv