Mişel Obamanın çox arıqlamasının səbəbi nədir?

Mişel Obamanın çox arıqlamasının səbəbi nədir?






presstv

"Presstv"az #ABŞ, #Arıqlama, #Audi, #Barak Obama, #Həkim

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-nin sabiq birinci xanımı Mişel Obama son vaxtlar çox arıqlaması ilə gündəmə gəlib. İnternet istifadəçilərinin bir çoxu onun “Ozempic” preparatı qəbul etməsindən şübhələnir.

presstvaz xəbər verir ki, bu barədə “Page Six” nəşri yazıb.

61 yaşlı Mişel Obama şəxsi bloqunda fotoqraf Anni Leyboviçlə fotolarını paylaşıb. Barak Obamanın həyat yoldaşı boz topdа, qəhvəyi kəmərli göy cins şalvarda və dabanlı çəkmələrdə poza verib. İnternet istifadəçiləri qeyd ediblər ki, sabiq birinci xanım son vaxtlar çox arıqlayıb və yəqin ki, bunu “Ozempic” preparatı vasitəsilə edib.

“Buna “Ozempic” deyərlər”, “Yaxud şəxsi məşqçi və ciddi pəhriz, hərçənd yox, daha asanı “Ozempic”dir”, – deyə “X” istifadəçiləri yazıblar.

Lakin Mişel Obamanın özü pərəstişkarların ehtimallarına hələ münasibət bildirməyib.

O, oktyabrda etiraf edib ki, yaşlandığını qəbul edib, lakin ağ saçlarını boyamağa davam edir.

“Mən ağ saçlarıma görə üz-gözümü turşutmuram, amma onları boyayıram! Anam da belə idi. O, ölənə qədər saçlarını boyamışdı. Sağlamlığım həmişə birinci yerdə olub. Yediklərim, məşqlər, mütəmadi olaraq həkimə getmək – bütün bunlar yaşımın bu dönəmindən zövq almağıma imkan verir. Mən həmişəki kimi, həyat eşqi ilə doluyam”, – deyə xamın Obama bildirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv