Gürcüstan 20 gündən artıqdır Azərbaycanın tütün daşıyan TIR-larını gömrükdən buraxmır

Gürcüstan 20 gündən artıqdır Azərbaycanın tütün daşıyan TIR-larını gömrükdən buraxmır






presstv

"Presstv"az #Audi, #Avropa, #Avto, #avtomobillər, #Azərbaycan, #Gürcüstan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Batumidə və Tbilisi gömrük-keçid məntəqələrində 20 gündən artıqdır ki, Azərbaycan yük maşınları saxlanılır.

presstvaz xəbər verir ki, TIR sürücülərindən biri Aslan Kərimovun “Report”a bildirdiyinə görə, problem yalnız tütün yükləri olan maşınlarda yaranıb, digərləri isə sərbəst buraxılır:

“Gürcüstan tərəfi yalnız bizim maşınları saxlayır, gürcü maşınları sərbəst keçirlər. Səbəb açıqlanmır və konkret cavab vermirlər. Gömrük qurumuna müraciət etmişik, amma bizə bildirilib ki, maşınlar Maliyyə Polisinin nəzarətinə düşüb. Halbuki maşınlar tranzit yük daşıyır və Avropaya gedirdi”.

A.Kərimovun sözlərinə görə, maşınların buraxılmaması üçün heç bir məhkəmə qərarı yoxdur və onlar yalnız gömrük işçilərinin müşahidəsi altında saxlanılırlar.

Onun sözlərinə görə, gömrük işçiləri sürücülərlə kobud davranır və suallara normal cavab vermirlər.

Azərbaycanın Batumidəki Baş konsulluğundan bildirilib ki, vəziyyətdən məlumatlıdırlar və məsələnin həlli istiqamətində iş aparırlar.

Gürcüstandakı Azərbaycan səfirliyindən isə məlumat verilib ki, yazılı ərizə ilə onlara müraciət edilib və onlar da bu işlə məşğuldurlar.

Gürcüstan Dövlət Müəssisəsinin Gəlirlər Xidmətinin İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin rəhbəri Tamar Andriadze açıqlamasında bildirib ki, gömrük xidməti tam həcmdə və fasiləsiz fəaliyyət göstərir və bütün maşınlara standart prosedurlar tətbiq olunur:

“Xüsusilə də sizin soruşduğunuz avtomobillər – o cümlədən Azərbaycan nömrəli maşınlar – eyni prosedurlardan keçir. Standart prosedurlar bitdikdən sonra bütün bu maşınlar təyinat yerlərinə göndəriləcək. Onlarla bağlı heç bir problem mövcud deyil”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv