Dövlət komitəsinin sədri Bakı şəhəri Ali Mələk Mikayıl kilsəsini ziyarət edib

Dövlət komitəsinin sədri Bakı şəhəri Ali Mələk Mikayıl kilsəsini ziyarət edib






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bakı, #İlham Əliyev, #Ramin Məmmədov

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov noyabrın 24-də Bakı şəhəri Ali Mələk Mikayıl kilsəsini ziyarət edib. Ziyarət çərçivəsində Komitə sədri kilsənin fəaliyyəti, burada həyata keçirilən dini-mənəvi tədbirlər barədə məlumat alıb.

presstvaz xəbər verir ki, bu barədə komitə məlumat yayıb.

Bildirilib ki, dövlət komitəsinin sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə tolerantlıq ənənələrinin möhkəmləndirilməsi sahəsində həyata keçirilən dövlət siyasətinin əhəmiyyəti haqqında danışıb.

Müxtəlif dini konfessiya nümayəndələrinin dini ənənələrinin qorunması sahəsində görülən işlərin multikulturalizm mühitinin inkişafına xidmət etdiyini vurğulayıb. O, bu sahədə mütəmadi olaraq həyata keçirilən layihələr, dini icmaların fəaliyyətinin dəstəklənməsi, ibadət məkanlarının bərpası və maddi-texniki təminatının gücləndirilməsi üçün reallaşdırılan layihələrin önəminə toxunub. O bildirib ki, dövlət başçısının tapşırıq və təşəbbüsləri əsasında mədəniyyətlərarası dialoqun genişləndirilməsi və dini müxtəlifliyin cəmiyyətin ümumi dəyəri kimi təbliği istiqamətində kompleks tədbirlər həyata keçirilir.

Bakı və Azərbaycan yepiskopu Aleksiy dövlət-din münasibətlərinin nümunəvi modelinin ölkədə sabitliyin, qarşılıqlı hörmət və etimad mühitinin möhkəmlənməsinə mühüm töhfə verdiyini qeyd edib. Kilsədə yaradılan şəraitə, dini ayinlərin sərbəst şəkildə icra olunması və icmanın fəaliyyətinin diqqətdə saxlanılmasına görə təşəkkürünü bildirib.

Ziyarət zamanı kilsə kompleksinin tamamilə yenidən qurulması və bərpa edilməsi dövlətin dini-mənəvi irsin qorunmasına verdiyi xüsusi önəmin bariz nümunəsi kimi dəyərləndirilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv