BDU-nun professoru vəfat edib

BDU-nun professoru vəfat edib






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bakı, #Bakı Dövlət Universitetini, #Binəqədi rayonu, #İrəvan, #Orta məktəb, #Rusiya, #Təhsil, #Vəfat edib

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakı Dövlət Universitetinin (BDU) Fizika Problemləri İnstitutunun baş elmi işçisi, professor Rauf Cəfərov vəfat edib.

presstvaz xəbər verir ki, bu barədə BDU məlumat yayıb.

Bildirilib ki, Rauf Cəfərov 10 fevral 1961-ci ildə İrəvan şəhərində anadan olub. 1968-1972-ci illərdə İrəvan şəhər M.F.Axundov adına 9 nömrəli orta məktəbdə ibtidai təhsil alıb.

1972-1978-ci illərdə Bakı şəhəri Binəqədi rayonu 248 nömrəli orta məktəbi qızıl medal ilə bitirib.

1978-1983-cü illərdə BDU-nun Fizika fakültəsində fizika müəllimi ixtisası üzrə təhsil alıb. 1983-1987-ci illərdə Fizika fakültəsinin Maddə quruluşu kafedrasının aspirantı olub. 1988-ci ildə nəzəri və riyazi fizika ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi, 2007-ci ildə nəzəri və riyazi fizika ixtisasında fizika elm sahəsi üzrə elmlər doktoru elmi dərəcəsini alıb. 2010-cu ildən nəzəri fizika ixtisası üzrə dosent, 2022-ci ildən professor idi.

O, 1983-1987-ci illərdə Fotoelektronika Elmi-Tədqiqat İnstitutunda mühəndis, 1987-1992-ci illərdə BDU-nun Maddə quruluşu kafedrasında laborant, baş laborant, 1992-1993-cü illərdə Yarımkeçiricilər fizikası kafedrasında baş müəllim işləyib.

1993-1995-ci illərdə Rusiya Elmlər Akademiyası P.N.Lebedev adına Fizika İnstitutunun Nəzəri fizika şöbəsinin Elementar zərrəciklər fizikası sektorunda elmi işçi kimi fəaliyyət göstərib. 1999-2002-ci illərdə BDU-nun Kvant kimyası, 2002-2005-ci illərdə Yüksək enerjilər fizikası elmi-tədqiqat laboratoriyalarında, 2005-2009-cu illərdə BDU-nun Fizika Problemləri İnstitutunda aparıcı elmi işçi işləyib. 2009-cu ildən Fizika Problemləri İnstitutunun baş elmi işçisi və Nəzəri fizika kafedrasının professoru idi.

Qeyd olunub ki, Rauf Cəfərov 2019-cu ildə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub. Onun tədqiqat sahəsi yüksək enerjilər fizikası, rabitəli sistemlərin kvantlanması, kvant sahə nəzəriyyəsinin qeyri-perturbativ metodları, çoxzərrəcikli tənliklər nəzəriyyəsi, plazma fizikası, nüvə fizikası idi.

BDU-nun professoru vəfat edib


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv