TDT ölkələri QHT-lərinin Həmrəylik Günü qeyd oluna bilər: Tarix bəllidir

TDT ölkələri QHT-lərinin Həmrəylik Günü qeyd oluna bilər: Tarix bəllidir






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bakı, #Macarıstan, #Özbəkistan, #Qazax, #Qazaxıstan, #Qırğızıstan, #Türkiyə, #Xəzər dənizi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Noyabrın 24-nün Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin QHT-lərinin Həmrəylik Günü kimi qeyd edilməsi təklif olunub”.

presstvaz “Report”a istinadla xəbər verir ki, bu təklifi “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal TDT ölkələri QHT-lərinin Həmrəylik Forumunda keçirilən “Azərbaycan-Qazaxıstan QHT-lərinin əməkdaşlıq Forumu” adlı paneldə səsləndirib.

O, Azərbaycanın türk dünyasının inkişafı üçün böyük işlər gördüyünü vurğulayaraq bu çərçivədə Azərbaycan-Qazaxıstan əməkdaşlığının genişləndirilməsi istiqamətində mühüm addımlar atıldığını vurğulayıb.

A.Camal daha sonra Xəzər dənizinin ekoloji problemlərinə diqqət çəkib. QHT rəhbəri hər iki ölkənin ictimai təşkilatlarının Xəzərin dayazlaşması probleminə qarşı birgə fəaliyyət göstərmələrinin vacibliyini bildirib.

Qeyd edək ki, bu gün Bakıda ilk dəfə olaraq Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının Həmrəylik Forumu baş tutub. Forumda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikası vətəndaş cəmiyyətlərindən ümumilikdə 500-dən çox nümayəndə iştirak edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv