“Formula-1”: Las-Veqas Qran-prisində “McLaren” pilotlarının nəticələri ləğv edildi

“Formula-1”: Las-Veqas Qran-prisində “McLaren” pilotlarının nəticələri ləğv edildi






presstv

"Presstv"az #Audi, #Avstraliya, #Avto, #Formula-1, #Niderland

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Beynəlxalq Avtomobil Federasiyası (FIA) “Formula-1” üzrə Las-Veqas Qran-prisində “Mclaren” komandasının pilotları olan britaniyalı Lando Norris və avstraliyalı Oskar Piastrinin nəticələrini ləğv edib.

presstvaz bildirir ki, bu barədə FIA-nın Mətbuat Xidməti məlumat yayıb.

Diskvalifikasiyaya səbəb kimi bolidlərin alt plankasının həddindən artıq aşınması göstərilir.

Qeyd edək ki, “Red Bull” komandasıının niderlandlı pilotu Maks Ferstappen Las-Veqas Qran-prisinin qalibi olub. Lando Norris ikinci yer tutub. İlk üçlüyü isə “Mercedes”dən Corc Rassell tamamlayıb.

Verilən cəzalardan sonra turnir cədvəlində dəyişiklik baş verib. Belə ki, çempionatın lideri Norrisin xalları 390-a düşüb. Onun avstraliyalı komanda yoldaşı Oskar Piastri, eləcə də Maks Ferstappen isə 366 xalla 2-3-cü yerləri bölüşürlər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv