Bu dərmanları qəbul edərkən qəhvə içməyin – XƏBƏRDARLIQ

Bu dərmanları qəbul edərkən qəhvə içməyin – XƏBƏRDARLIQ






presstv

"Presstv"az #diabet, #Həkim

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Mütəxəssislər bəzi dərmanların qəbul edildiyi müddətdə qəhvə içməyin təhlükəli ola biləcəyi barədə xəbərdarlıq ediblər. Səbəb kofeinin dərmanların tərkibindəki maddələrlə qarşılıqlı təsirə girərək yan təsirləri artırması və ya müalicənin təsirini zəiflətməsidir.

Milli.A xəbər verir ki, həkimlərin sözlərinə görə, aşağıdakı dərman qruplarını qəbul edən şəxslər qəhvədən uzaq durmalıdırlar:

Antibiotiklər: Xüsusilə siprofloksasin və norfloksasin kimi antibiotiklər kofeinin orqanizmdən xaric olmasını ləngidir, bu da ürəkdöyünmə, əsəbilik və yuxusuzluq yarada bilər.

Antidepresanlar və sakitləşdiricilər: Kofein bu dərmanların sakitləşdirici təsirini azaldır, bəzən isə əsəb gərginliyini artırır.

Yüksək təzyiq və ürək dərmanları: Kofein qan təzyiqini qaldıra bilər, bu da hipertoniya xəstələri üçün risklidir.

Diabet dərmanları: Qəhvə qan şəkərini dəyişdirə bilər və bəzi hallarda insulin təsirini azalda bilər.

Yuxu pozğunluqları üçün dərmanlar: Kofein yuxusuzluğu artıraraq bu dərmanların təsirini zəiflədir.

Mütəxəssislər bildirirlər ki, dərman qəbul edən şəxslər həkimlə məsləhətləşmədən qəhvə və digər kofeinli içkiləri (enerji içkiləri, kola, qara çay və s.) içməməlidirlər.

Əgər müalicə dövründə qəhvədən imtina etmək çətindirsə, ən azı dərman qəbulundan 2-3 saat sonra içmək daha təhlükəsiz sayılır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv