Saçın vaxtından əvvəl ağarmasının başlıca SƏBƏBLƏRİ

Saçın vaxtından əvvəl ağarmasının başlıca SƏBƏBLƏRİ






presstv

"Presstv"az #Ailə, #Həkim, #Sağlam həyat tərzi, #Sağlam qidalanma, #Siqaret, #Stres

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Saçların erkən ağarması həm gənclər, həm də orta yaşlı insanlar arasında getdikcə daha çox rast gəlinən haldır. Mütəxəssislərin fikrincə, bu prosesin əsas səbəbi melanin adlı piqmentin azalmasıdır.

Milil.Az xəbər verir ki, melanin saçın rənginə cavabdeh olan maddədir və onun istehsalı azaldıqda saç tədricən ağarır.

Həkimlər erkən ağarmaya səbəb olan bir neçə əsas amili sadalayır:

Genetik meyillik – ailədə eyni hal müşahidə olunubsa, erkən ağarma riski daha yüksəkdir.

Stress və psixoloji gərginlik – uzunmüddətli stress melaninin istehsalını zəiflədə bilər.

Vitamin çatışmazlığı, xüsusilə B12 və D vitaminlərinin azlığı.

Dəmir, mis və sink kimi mineralların orqanizmdə az olması.

Siqaret istifadəsi və qeyri-sağlam qidalanma.

Xroniki xəstəliklər və hormonal pozğunluqlar.

Mütəxəssislər bildirirlər ki, artıq ağarmış saçın tamamilə əvvəlki rənginə qayıtması çox çətindir. Lakin bəzi hallarda sağlam həyat tərzi, balanslı qidalanma və vitamin-mineral dəstəyi ilə ağarma prosesi yavaşladıla və ya dayandırıla bilər.

Təbii vasitələrdən istifadə (hind qozu yağı, amla yağı, B12 vitamini əlavələri və s.) isə saçın sağlamlığını qorumağa və yeni ağ tellərin yaranmasını azaltmağa kömək edə bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv