"Bu qidaları yeyənlərin dərman atmağa ehtiyacı olmur"

"Bu qidaları yeyənlərin dərman atmağa ehtiyacı olmur"






presstv

"Presstv"az #Bitki yağı, #Düzgün qidalanma, #Həkim, #Qırmızı ət, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Həkim qaraciyər xəstələri üçün ideal səhər yeməyi və nahar menyusunu açıqlayıb.

presstvaz xəbər verir ki, rusiyalı dietoloq-hepatoloq Nuriya Dianova qaraciyər xəstəliklərindən əziyyət çəkən şəxslərə düzgün qidalanma ilə bağlı tövsiyələr verib.

Həkimin sözlərinə görə, qaraciyər xəstələri üçün yüngül, zülal və tərəvəzlərlə zəngin səhər yeməyi vacibdir.

"Səhər yeməyinə yaşıl lobyalı omlet hazırlamaq olar. Lobyaları bir qədər bişirib yumurta və süd qarışığı ilə sobaya qoymaq kifayətdir. Beləcə yemək həm dadlı, həm də lif baxımından faydalı olur. Omletin yanında buğda çörəyi vermək olar. Bu, ənənəvi çörək-yağ səhər yeməyinin sağlam variantıdır", – deyə Dianova bildirib.

Mütəxəssis vurğulayıb ki, bitki mənşəli yağlar qaraciyərin vəziyyətini yaxşılaşdırır, öd axınının normallaşmasına kömək edir və piylənmənin qarşısını alır. "Gündə ən azı bir çay qaşığı bitki yağı qəbul etmək lazımdır. Yağı sıyığa, salata və ya qarnira əlavə etmək olar" – deyə həkim qeyd edib.

Dianova həmçinin naharda bitki əsaslı yeməklərə üstünlük verməyi tövsiyə edib. "Məsələn, bitki mənşəli "ət"dən hazırlanmış kotletləri arpa və balqabaqla birlikdə yemək olar. Axşam yeməyinə isə toyuq və ya hinduşka ciyəri bişirib, bol yaşıl göyərti ilə birlikdə təqdim etmək məqsədəuyğundur", – deyə o əlavə edib.

Həkim bildirib ki, qırmızı ətin azaldılması və bitki əsaslı məhsullara keçid qaraciyərin yüklənməsini azaldır. "Pasiyentlərimə izah edirəm ki, belə qidalanma onlara bahalı qaraciyər dərmanlarına daha az ehtiyac duymağa kömək edir. Müasir bitki mənşəli məhsullar zülal, lif və vitaminlərlə zəngindir. Məhz zülal çatışmazlığı qaraciyər xəstələrində ən çox rast gəlinən problemdir" – deyə Dianova vurğulayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv