İran prezidenti valyutanın denominasiyası ilə bağlı fərman imzaladı

İran prezidenti valyutanın denominasiyası ilə bağlı fərman imzaladı






presstv

"Presstv"az #Audi, #İran, #Məsud Pezeşkian, #Prezident Administrasiyası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İran Prezidenti Məsud Pezeşkian milli valyutanın denominasiyası (köhnə pul nişanlarının qəbul edilmiş nisbət qaydasında yenisi ilə əvəz edilməsi) ilə bağlı fərman imzalayıb.

presstvaz xəbər verir ki, bu barədə İran Prezidentinin Administrasiyası məlumat yayıb.

“Məsud Pezeşkian İran İslam Respublikası Konstitusiyasının 123-cü maddəsinin həyata keçirilməsi məqsədilə “Mərkəzi Bank haqqında” Qanunun 58-ci maddəsinin (a) bəndinə (milli valyutanın denominasiyasını nəzərdə tutan – red.) edilən düzəlişin qüvvəyə minməsi barədə Mərkəzi Bankı məlumatlandırıb”, – Prezident Administrasiyasının rəsmi saytında dərc edilmiş bəyanatda belə deyilir.

Əvvəllər dərc olunmuş təşəbbüsün mətninə əsasən, milli valyuta rial olaraq qalacaq. Xalq arasında populyar olan qeyri-rəsmi pul vahidi tümənin milli valyuta vahidi kimi müəyyən edilməsi təklifi dəstəklənməyib. Rial yüz kerandan (XIX əsrdən XX əsrin ilk otuz ili ərzində tədavüldə olan milli valyutanın adını daşıyan daha xırda pul vahidi) ibarətdir. Parlament tərəfindən təsdiqlənmiş valyutaya keçid dövrü üç il çəkəcək, bu müddət ərzində həm köhnə, həm də yeni tipli pul nişanlarından istifadəyə icazə veriləcək. İran Mərkəzi Bankı sözügedən qanun qüvvəyə mindiyi gündən etibarən keçid dövrünə başlamalıdır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv