Qətərdə döyüş gecəsi: İddiaçılar səhnəni bölüşürlər

Qətərdə döyüş gecəsi: İddiaçılar səhnəni bölüşürlər






presstv

"Presstv"az #Audi, #Avropa, #Avstraliya, #Bakı, #İngiltərə, #Müharibə, #Qətər, #Tacikistan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Noyabrın 22-də Qətər döyüş sənətləri səhnəsi misilsiz bir gecəyə şahidlik edəcək. Gecənin mərkəzində – artıq yüngül çəki taxtına bir addım qalmış, ” çempionluğa 1 nömrəli namizəd” kimi tanınan Arman Tsarukyanın, 70 kq-da çempion İliya Topuriya və Den Huker üçbucağının yaratdığı nadir intriqa dayanır.

presstvaz xəbər verir ki, bu qarşıdurmanı yarımorta çəkiyə damğasını vurmuş keçmiş çempion Belal Məhəmmədin, reytinqin 6-cı pilləsindəki İan Qarri ilə döyüşü tamamlayır.

Əsas kartda, həmçinin Volkan Özdemirin 93 kq çəki dərəcəsində Alonso Menifild qarşısında özünü yenidən təsdiqləmək cəhdi, Valdo Kortes-Akosta Şamil Qaziev arasında ağır çəkidə xam güclərin toqquşması, 57 kq-da Asu Almabayev – Aleks Peres duelində yüksəksürətli texniki müharibə və nəhayət, Mıktıbek Orolbayın yarımorta çəkiyə qalxaraq keçmiş ortaçəkili döyüşçü Cek Hermanssonu salamlaması kimi amillər gecənin tonunu əvvəldən müəyyən edir. Əvvəlcə Sergey Spivak Şamil Qaziyevlə döyüşməli idi, lakin zədə səbəbindən döyüşdən çəkildi və onu sonuncu dəfə noyabrın 1-də döyüşən və Ante Deliya üzərində texniki nokautla qalib gələn Valdo Kortes-Akosta əvəz etdi.

Erkən döyüşlər isə bu dinamikaya yeni nəfəs gətirir: İngiltərədən iki debütant UFC səhnəsinə ayaq basır. Yüngül çəkidə Lük Rayli artıq Avropada öz gücünü göstərib və indi bunu qlobal arenada sübut etmək istəyir. O biri ingilis fanatların sevimlisi Şem Rok, özü ilə təmiz küçə üslubunu gətirir və debütündə Tacikistanın sərt nümayəndəsi Nurullo Alievə qarşı dayanır.

57 kq-da Bekzat Almaxan – Aleksandre Topuriya döyüşü xüsusi maraq yaradır: İliya Topuriyanın böyük qardaşı olan Topuriya, 8 fevral Avstraliya turnirində Kolbi Tikness üzərində dominant və soyuqqanlı debüt qələbəsi ilə UFC-yə giriş etmişdi və indi ilk real sınağına çıxır. Üstəlik, bu kartın ən önəmli xəbərlərindən biri də Kyoci Horiquçinin UFC-yə qayıdış döyüşüdür: onun Tagir Ulanbekovla qarşılaşması hələ Bakı tədbirində baş tutmalı idi, lakin yapon döyüşçünün zədəsi planları dəyişmişdi. O zaman əvəzləyici kimi çıxış edən qəzəbli və inadkar Azat Maksum Tagirə çətin döyüş verərək yadda qalmışdı. İndi isə orijinal duel nəhayət reallaşır və “flyweight” divizionu bu toqquşmaya nəfəs almadan baxacaq.

Bu turnir sadəcə yarış deyil – regionun döyüş idmanı tarixində yeni səhifədir. Qətər səhnəsi noyabrın 22-si tam gücü ilə işıq saçacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv