Dünyanın ən zərərli 10 qidası – Yeməyən yoxdur

Dünyanın ən zərərli 10 qidası – Yeməyən yoxdur






presstv

"Presstv"az #Araşdırma, #Sağlamlıq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Dünyada ən zərərli qidaların siyahısı açıqlanıb.

presstvaz xəbər verir ki, qida ekspertləri gündəlik həyatda geniş istifadə olunan bəzi məhsulların sağlamlığa ciddi mənfi təsir göstərə biləcəyini bildirir.

Araşdırmalar nəticəsində ən zərərli hesab edilən on məhsul müəyyən edilib.

Siyahıda ilk yeri sürətli şəkildə hazırlanan "noodle" tutur. Mütəxəssislərin sözlərinə görə bu məhsulun tərkibində duz və əlavə maddələr çox olur. Növbəti sırada içərisində şəkər və süni qatqıların çox olduğu üçü birində qəhvə içkiləri yer alıb.

Emal olunmuş ət məhsulları olan kolbasa sosiska sağlamlıq baxımından riskli hesab edilir. Çips də siyahıda yüksək yağ və duz miqdarı səbəbilə ön sıradadır. Hazır şəkildə satılan sup paketləri də yüksək qatqı tərkibi ilə diqqət çəkir.

Meyvə suyu kimi təqdim edilən lakin tərkibində əsasən şəkər olan içkilər siyahıya daxil edilib. Yeməklərdə istifadə olunan bulyonlar da çoxlu duz və süni dadlandırıcıya görə riskli sayılır.

Jelibon kimi rəngli şirniyyatlar qatqı maddələrinin çoxluğu səbəbilə siyahıda yer alır. Enerji içkiləri yüksək kofein və şəkər miqdarı ilə sağlamlıq üçün təhlükə yaradan məhsullar sırasında göstərilir. Siyahının sonunda marqarin dayanır və bunun səbəbi onun tərkibində trans yağların olmasıdır.

Mütəxəssislər bu məhsulların tez tez və böyük miqdarda istifadəsinin sağlamlıq problemlərinə yol aça biləcəyini bildirir və mümkün qədər təbii qidalara üstünlük verilməsini tövsiyə edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv