Leyla Əliyeva və Arzu Əliyeva Astarada Pəncəli Teymurovun ailəsini ziyarət ediblər

Leyla Əliyeva və Arzu Əliyeva Astarada Pəncəli Teymurovun ailəsini ziyarət ediblər






presstv

"Presstv"az #Ailə, #Arzu Əliyeva, #Azərbaycan, #Azərbaycanın Milli Qəhrəmanı, #Heydər Əliyev, #Heydər Əliyev Fondu, #İlham Əliyev, #Leyla Əliyeva, #Sərəncam

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Noyabrın 21-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Arzu Əliyeva Astarada Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovun ailəsini ziyarət ediblər.

presstvaz AZƏRTAC-a istinadən xəbər verir ki, görüş zamanı Aprel döyüşlərində şəhid olmuş Pəncəli Teymurovun xatirəsi ehtiramla yad edilib, onun Vətən uğrunda xidmətləri, hərbçi kimi yüksək peşəkarlıq, şücaət və mərdlik göstərməsi barədə danışılıb.

Daha sonra Leyla Əliyeva və Arzu Əliyeva şəhidin xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılan ev-muzeyinə baxış keçiriblər.

Qeyd edək ki, Xüsusi Təyinatlı Qüvvələrin mənsubu, “Qoca” ləqəbli əfsanəvi kəşfiyyatçı Pəncəli Nurməhəmməd oğlu Teymurov 1981-ci il martın 24-də Astara rayonunun Əzərüd kəndində anadan olub. Hərbi xidmətdən sonra 1999-cu ildən Xüsusi Təyinatlı Qüvvələr yarandığı ildən onun sıralarında xidmətini davam etdirən Pəncəli 17 il Vətənin keşiyində şərəflə dayanıb. Gizir Pəncəli Teymurov 2016-cı il Aprel döyüşləri zamanı arzuladığı zirvəyə – şəhidlik məqamına ucalıb.

Nümunəvi xidməti ilə sağlığında bir çox medallara və mükafatlara layiq görülən Pəncəli Teymurov ölümündən sonra 2016-cı ildə “Vətən uğrunda” medalı ilə təltif olunub. Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin 2025-ci il noyabrın 7-də imzaladığı Sərəncamla Pəncəli Teymurova Azərbaycanın Milli Qəhrəmanı adı verilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv