Hindistanda öskürək əleyhinə şərbət faciəsi: Çox sayda uşaq ölüb

Hindistanda öskürək əleyhinə şərbət faciəsi: Çox sayda uşaq ölüb






presstv

"Presstv"az #Araşdırma, #Audi, #Hakim, #Hindistan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Hindistanda son aylarda ən azı 24 uşaq öskürək əleyhinə şərbətdən həyatını itirib.

presstvaz-ın xəbərinə görə, bu barədə “Reuters” agentliyi mənbələrə istinadən məlumat verib.

Tamilnad ştatından olan, səhiyyə və dərman təhlükəsizliyinə məsul üç məmur agentliyə bildirib ki, onların fikrincə, “Coldrif” öskürək əleyhinə şərbət partiyasının istehsalında istifadə edilən həlledici zəhərli kimyəvi maddə ilə çirklənmiş ola bilər.

Bildirilir ki, “Sresan Pharmaceutical Manufacturers” şirkəti yerli kimyəvi distribüter olan “Sunrise Biotech”dən 50 kiloqram propilenqlikol (PG) həlledicisini alıb. Elə həmin gün həlledicini “Jinkushal Aroma” – maye yuyucu vasitələr və digər kimyəvi maddələr üçün ətirləndiricilər istehsal edən kiçik bir şirkət də alıb.

Hindistan hakimiyyəti araşdırmalara başlayıb. “Coldrif” şərbətinin məlum sənaye toksini olan dietilenqlikolla (DEG) güclü şəkildə çirkləndiyi vurğulanır. Hüquq-mühafizə orqanları hazırda bu maddənin həllediciyə necə daxil olduğunu müəyyənləşdirirlər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv