Trampla Putin Budapeştdə görüşəcəklər?

Trampla Putin Budapeştdə görüşəcəklər?






presstv

"Presstv"az #ABŞ, #Audi, #Avropa, #Donald Tramp, #Jurnalistlər, #Macarıstan, #Mətbuat konfransı, #Münaqişə, #Rusiya, #Sergey Lavrov, #Ukrayna, #Vaşinqton, #Vladimir Putin

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Macarıstan hökuməti ABŞ və Rusiya prezidentləri Donald Trampla Vladimir Putin arasında növbəti görüşün Budapeştdə keçiriləcəyi barədə təsdiq alıb”.

presstvaz-ın TASS-a istinadən xəbərinə görə, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Brüsselə işgüzar səfərinin yekununda jurnalistlərlə söhbəti zamanı deyib.

Onun sözlərinə görə, Vaşinqtonda ABŞ-nin dövlət katibi Marko Rubio və Minskdə keçirilən beynəlxalq konfrans çərçivəsində Rusiya xarici işlər naziri Sergey Lavrovla son danışıqlar zamanı o, Rusiya-ABŞ sammitinin, planlaşdırıldığı kimi, Macarıstanın paytaxtında keçiriləcəyinə dair zəmanət alıb.

“Sammitin Budapeştdə keçiriləcəyinə heç kim şübhə etmirdi. Hamı bunu təsdiqlədi”, – deyə Siyarto mətbuat konfransında bildirib.

O, Ukraynadakı münaqişənin nizamlanması məqsədilə ABŞ və Rusiya liderləri arasında görüş barədə ilkin razılaşmanın vacibliyini vurğulayıb.

“ABŞ-lilər və ruslar arasında təmas nöqtələrinin olması vacibdir, məsələn, bu saziş kimi. Bu, həm də Avropa İttifaqının özünü təcrid etdiyini göstərir, lakin Mərkəzi Avropada kiçik bir ölkə olan Macarıstan sülh maraqları naminə Şərq və Qərbdəki əsas qlobal siyasi oyunçularla əməkdaşlığı davam etdirməyə qadirdir”, – deyə nazir əlavə edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv