Emin Əmrullayev: “Növbəti ildən tam orta məktəb modelinin əhatəliliyi artırılacaq”

Emin Əmrullayev: “Növbəti ildən tam orta məktəb modelinin əhatəliliyi artırılacaq”






presstv

"Presstv"az #Audi, #Emin Əmrullayev, #Orta məktəb, #Təhsil, #Universitetlər

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Növbəti ildən tam orta məktəb modelinin əhatəliliyi artırılacaq”.

presstvaz xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev İTV-nin efirində yayımlanan “Diqqət Mərkəzi” verilişində qonaq olarkən deyib.

Nazir qeyd edib ki, bu, müəllimlərin maaşına da təsir edəcək:

“Baxışımız ondan ibarətdir ki, şəhərdə, rayonda, qəsəbədə yaxşı müəllimlərlə uşaqların dövlət hesabına ali təhsil müəssisələrinə hazırlığını təmin edək. Valideyn bunu da istəmirsə, daha nə edə bilərik? Bizim edə biləcəyimiz ən yaxşı halda, ödənişsiz əsasda, öz məktəblərində ali təhsilə hazırlıq imkanı yaratmaqdır. Baxın, biz bütün işin mahiyyətini universitetə qəbul olmaqdan ibarət olduğunu düşünürüksə, şagirdin inkişafını nəzərə almırıqsa, bununla yaxşı yerə gedib çıxmayacağıq. Təfəkkür tərzini dəyişməliyik. Qısamüddətli vədədə sosial sifarişi nəzərə alaraq, dövlət tərəfindən maliyyələşən, təmayüllü, həmin bölgənin ən yaxşı müəllimləri tərəfindən tədris aparılan universitetlərə hazırlıqla bağlı 10-11-ci siniflərdən ibarət qrupu cəmiyyətə təqdim edəcəyik”.

Emin Əmrullayev əlavə edib ki, müəllimlərin tam ştata keçirilməsi ilə bağlı aparılan islahatların məqsədi heç də repetitorluğun qarşısını almaq deyil:

“İslahatlardan danışdıqda, məqsədimizin repetitorluğu azaltmaq olduğunu deməmişəm. İslahat çərçivəsində bunu görmürük. Təsiri olacaqmı? Məncə, hə. Düşünürəm ki, bu da pis deyil. Dövlətdən maaş alan müəllim şagirdlərin öyrənməsi üçün məsuliyyət daşıyır. Müəllim sinfindəki uşaqlara repetitorluq edirsə, bu, etik cəhətdən doğru deyil. Şagird həftə ərzində 5 dəfə dərs dinlədiyi müəllimə pul ödəyib 6-cı dəfə onun yanına gedirsə, bu, etik deyil”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv