Zaxarova Ukrayna dilində çağırış etdi: Qaçın, oğlanlar!

Zaxarova Ukrayna dilində çağırış etdi: Qaçın, oğlanlar!






presstv

"Presstv"az #Rusiya, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova çağırışa tabe olan ukraynalılara "qaçmağı" məsləhət görüb.

presstvaz xəbər verir ki, o, bu fikri TASS-a müsahibəsində səsləndirib.

Zaxarova bildirib ki, Ukraynada insanları səfərbərliyə ölkəni qorumaq üçün deyil, vətəndaşların məhv edilməsi üçün verilmiş sifarişi yerinə yetirmək məqsədilə cəlb edirlər.

"Ukraynada məcburi şəkildə səfərbər olunanlara artıq məsləhət vermişəm – həqiqətən də, qaçın, oğlanlar", – deyə o, Ukrayna dilində bildirib.

Diplomatın sözlərinə görə, ukraynalılar başqalarının maraqları və siyasi oyunlarının girovuna çevriliblər. O, Ukrayna xalqının aldadıldığını, parçalandığını və heç kimə lazım olmayan qarşıdurmaya sürükləndiyini iddia edib. (publika.az)


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv