“LUKOIL” xarici aktivlərinə vahid alıcı axtarır

“LUKOIL” xarici aktivlərinə vahid alıcı axtarır






presstv

"Presstv"az #ABŞ, #Audi, #Lukoil, #Maliyyə Nazirliyi, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Maliyyə Nazirliyinin sanksiya siyahısına daxil edilən Rusiyanın “LUKOIL” şirkəti xarici aktivləri üçün vahid alıcı axtarır.

presstvaz xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, məşhur şirkət aktivlərini hissə-hissə satmaq əvəzinə, birdəfəlik razılaşmaya üstünlük verməyə çalışır.

Qeyd olunur ki, “ExxonMobil”, “Chevron”, “Abu Dhabi National Oil” və Amerika investisiya fondu “Carlyle” kimi nüfuzlu şirkətlər “LUKOIL”a maraq göstərirlər.

Bununla belə, həmin qurumları konkret biznes seqmentləri maraqlandırır ki, bu da danışıqlarda çətinlik yaradır.

Nəşrin iddiasına görə, Rusiya şirkətinin aktivləri iki mərhələdə satıla bilər. Əvvəlcə bir alıcı şirkətin bütün səhmlərini alır, sonra isə aktivlər hissə-hissə satışa çıxarılır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv