ABŞ və “Avropa üçlüyü” BAEA-ya İranla bağlı qətnamə layihəsi təqdim ediblər

ABŞ və “Avropa üçlüyü” BAEA-ya İranla bağlı qətnamə layihəsi təqdim ediblər






presstv

"Presstv"az #ABŞ, #Almaniya, #Audi, #Avropa, #Böyük Britaniy, #Böyük Britaniya, #Çin, #Danimarka, #Fransa, #İran, #Pakistan, #Rusiya, #Somali, #Tehran, #Yunanıstan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ və “Avropa üçlüyü” (Fransa, Almaniya, Böyük Britaniyadan) İranın nüvə obyektlərinə və zənginləşdirilmiş uran ehtiyatlarına girişin tələb olunduğu qətnamə layihəsini Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Müdirlər Şurasına təqdim ediblər.

presstvaz xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, layihə noyabrın 19-da qəbul edilə bilər.

Noyabrın 16-da İran XİN-in müavini Səid Xətibzadə bəyan edib ki, Tehran İranın nüvə proqramına aid məsələləri “Avropa üçlüyü” ilə müzakirə etmək niyyətində deyil. Onun sözlərinə görə, bu qərar Fransa, Almaniya və Böyük Britaniyanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarının bərpasını nəzərdə tutan “snapback” mexanizmini işə salmaq cəhdlərindən sonra qəbul edilib.

Sentyabrın 19-da BMT TŞ İrana qarşı sanksiyaların ləğvinin uzadılması haqqında qətnaməni rədd edib. Birləşmiş Ştatlar, Fransa, Böyük Britaniya, Yunanıstan, Danimarka, Somali, Panama, Sloveniya və Syerra-Leone qətnamə layihəsinin qəbul edilməsinin əleyhinə səs veriblər. Rusiya, Çin, Pakistan və Əlcəzair isə sanksiyaların ləğvini dəstəkləyiblər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv