Azər Əmiraslanov: “Neft sektorunun iqtisadiyyatda payının azalması iqtisadi durğunluq deyil”

Azər Əmiraslanov: “Neft sektorunun iqtisadiyyatda payının azalması iqtisadi durğunluq deyil”






presstv

"Presstv"az #Azərbaycan, #İqtisadi siyasət, #Milli Məclis, #sənaye və sahibkarlıq komitəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Neft sektorunun iqtisadiyyatda payının azalması və bunun fonunda iqtisadi artımın cari ilin 10 ayında 1.3 % təşkil etməsi, ilin sonuna 3% gözlənilməsi və növbəti il üçün 2.9% proqnozlaşdırılması, bəzilərinin təqdim etdiyi kimi nə durğunluqdur, nə də hər hansı bir iqtisadi patologiyadır”.

presstvaz xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin bu gün keçirilən plenar iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin I oxunuşuna dair müzakirədə bildirib.

Komitə sədri əlavə edib ki, 2026-cı il üzrə gözlənilən qlobal artım tempi ilə demək olar ki, eyni səviyyədə proqnozlaşdırılan iqtisadi artım, sənayenin strukturundakı dəyişiklikləri, konkret olaraq neft hasilatının aşağı düşməsini əks etdirir:

“Reallıq bundan ibarətdir ki, hasilatın azalması da öz növbəsində struktur transformasiya səbəbindən qeyri-neft sektorunda artım tempini də aşağı sala bilir.

İqtisadiyyatın, o cümlədən sənayenin strukturundakı yenilənmə, neft hasilatının geoloji və texnoloji xüsusiyyətlərindən irəli gələn azalma meylləri iqtisadi tənəzzül və yaxud durğunluq hesab edilmir. Xatırlatmaq istərdim ki, Azərbaycanın neft sənayesi üzrə hasilat dinamikası hələ Əsrin Müqaviləsi çərçivəsində uzunmüddətli geoloji və texniki proqnozlara əsasən müəyyən edilib. Faktiki rəqəmlərə baxsaq, neft hasilatı 1995-ci ildə 9 milyon tondan 2010-cu ildə 51 milyon tona çatıb. 2011-ci ildən hasilat tədricən azalaraq 2020-ci ildə 34 milyon, bu ilin 10 ayında isə 23 milyon tona düşüb”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv