ABŞ-də qadın ildırım vurmasından sonra “cənnətə keçib”: Ona qızının olacağı deyilib

ABŞ-də qadın ildırım vurmasından sonra “cənnətə keçib”: Ona qızının olacağı deyilib






presstv

"Presstv"az #ABŞ, #Ailə, #Audi, #Hadisə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-də 1988-ci ildə ildırım vurmasından sağ çıxan Elizabet Kron adlı qadın onilliklər sonra bu hadisə barəsində danışıb və insidentin onun axirət həyatı ilə bağlı təsəvvürlərini köklü şəkildə dəyişdirdiyini söyləyib.

presstvaz bildirir ki, bu barədə “Mirror” nəşri yazıb.

Məlumata görə, qadın “cənnətə müvəqqəti giriş”dən sonra fikirlərini tamamilə yenidən nəzərdən keçirib.

28 yaşlı Elizabet həmin gün iki yaşlı oğlu ilə sinaqoqa gedirmiş, lakin çətirinə düşən qəfil ildırım zərbəsi onun həyatını əbədi olaraq “əvvəl”ə və “sonra”ya ayırıb. Qadın yerdə uzanmış öz bədənini necə gördüyünü təsvir edib. Daha sonra onun şüuru guya başqa bir dünyaya keçib.

Söylədiyinə görə, peyda olan işıq onu yer üzündə təsviri mümkün olmayan cənnət bağına bənzər bir yerə gətirib çıxarıb. Elizabet iddia edir ki, orada o, mərhum babasının səsi ilə danışan Tanrı ilə dialoqa girib. Ona bütün həyat yolu nümayiş etdirilib, həmçinin üçüncü uşağının – qızının doğulması da göstərilib.

Qadın seçim qarşısında qalıb: ideal dünyada qalmaq, ya da planlaşdırılanları tamamlamaq üçün geri qayıtmaq. Yer üzündəki həyatına davam etmək qərarına gələn qadın sinaqoq yaxınlığında yağış altında oyanıb. Elizabet növbəti üç ayı yanıqlar və ayaq xəsarətləri səbəbindən yataqda keçirib.

Qadın etiraf edib ki, o zaman anlaşılmazlıqdan qorxduğu üçün yaşadıqlarını ətrafındakılardan qəsdən gizlədib. Hətta əri belə onun danışdıqlarını gülüşlə qarşılayıb, baxmayaraq ki, sonradan üçüncü uşaq haqqında öngörmələr gerçəkləşib – ailədə həqiqətən də qız uşağı dünyaya gəlib.

ABŞ-də qadın ildırım vurmasından sonra cənnətə keçib: Ona qızının olacağı deyilib

ABŞ-də qadın ildırım vurmasından sonra cənnətə keçib: Ona qızının olacağı deyilib


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv