Nazir: “Xərclərin maliyyələşdirilməsində dayanıqlı mənbələrin payının artırılması əsas hədəflərdən biridir”

Nazir: “Xərclərin maliyyələşdirilməsində dayanıqlı mənbələrin payının artırılması əsas hədəflərdən biridir”






presstv

"Presstv"az #Milli Məclis, #Sahil Babayev

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Dövlət büdcəsinə neft-qaz amilinin təsirinin azaldılması, xərclərin maliyyələşdirilməsində dayanıqlı mənbələrin payının artırılması qarşımızda duran əsas hədəflərdən biridir. Bu baxımdan, tətbiq edilən büdcə qaydası çərçivəsində ortamüddətli dövr ərzində icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbətinin ardıcıl şəkildə azaldılması nəzərdə tutulur”.

presstvaz xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev bu gün Milli Məclisin plenar iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki bu, növbəti il üçün icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbətinin yuxarı həddi 19 faiz proqnozlaşdırılır:

“Bu da cari ilə nəzərən 3.4 faiz bəndi az olmaqla, fiskal qayda tətbiq ediləndən bəri ən yaxşı göstəricidir. Ortamüddətli dövrün sonuna, yəni 2029-cu ildə bu nisbətin 13 faizə endirilməsi, dövlət borcunun ÜDM-ə nisbətinin yuxarı həddinin mövcud 30 faiz səviyyəsində saxlanılması nəzərdə tutulur.

Qeyd olunan hədəflər uzunmüddətli fiskal dayanıqlığın və makroiqtisadi sabitliyin təmin edilməsi məqsədlərinə xidmət etməklə, ölkəmizin qarşısında duran inkişaf gündəliyinin icrası üçün əlverişli platforma yaradacaq”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv