Maliyyə naziri: “Neftdən asılılığın azaldılması və borc sabitliyi prioritetdir”

Maliyyə naziri: “Neftdən asılılığın azaldılması və borc sabitliyi prioritetdir”






presstv

"Presstv"az #Azərbaycan, #Milli Məclis, #Sahil Babayev

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“2026-cı il üçün dövlət, icmal büdcələrin layihələri ölkəmizin sosial-iqtisadi prioritetləri və qarşımızda duran çağırışlar nəzərə alınmaqla tərtib olunub”.

presstvaz xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev bu gün Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, qeyri-neft gəlirlərinin dinamik olaraq artması dövlət büdcəsinin neft amilindən asılılığını azaltmaqla yanaşı, strateji valyuta ehtiyatlarına qənaət imkanı yaradır:

“Ortamüddətli dövrdə dövlət maliyyəsi sahəsində neftdən asılılığın minimal həddə endirilməsi, habelə dövlət borcunun dayanıqlı səviyyədə qorunması üçün hökumət tərəfindən metrik strateji hədəflər və müvafiq yol xəritəsi müəyyənləşdirilib.

Təqdim olunan 2026-cı il dövlət büdcəsi büdcə layihəsində eyni zamanda büdcədənkənar dövlət fondlarının və regionların dövlət büdcəsindən asılılığının minimallaşdırılması prinsipi rəhbər tutulub ki, bu da fiskal dayanıqlığın digər mühüm parametrləri kimi çıxış edir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv