Saytlara girişlə bağlı yaranmış texniki nasazlığın səbəbi bilindi – “Cloudflare”dən növbəti AÇIQLAMA

Saytlara girişlə bağlı yaranmış texniki nasazlığın səbəbi bilindi – “Cloudflare”dən növbəti AÇIQLAMA






presstv

"Presstv"az #ABŞ, #Audi, #Avto, #Azərbaycan, #Hadisə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-nin “Cloudflare” bulud servisində baş vermiş miqyaslı texniki nasazlığın səbəbi təhlükəli trafiki idarə etmək üçün avtomatik yaradılan konfiqurasiya faylı olub.

presstvaz   bildirir ki, bu barədə “Kommersant” nəşrinə məlumatı servisin Mətbuat Xidmətindən veriblər.

Məlumata görə, nasazlıq konfiqurasiya faylının gözlənilən ölçüdən böyük olması səbəbindən yaranıb, bu da “Cloudflare”in bir sıra xidmətlərinin trafikini emal edən proqram təminatının işində xətaya gətirib çıxarıb.

Azərbaycanın və bir çox dünya ölkələrinin bəzi saytlarına girişlə bağlı yaranan problemlər aradan qaldırılıb.

presstvaz   xəbər verir ki, bu barədə “Cloudflare” açıqlama yayıb.

Bildirilib ki, texniki insident həll edilib.

Hazırda xidmət bütün servislərin normal iş rejiminə tam qayıtdığından əmin olmaq üçün onların işini yaxından izləyir.

Qlobal səviyyədə internet resurslarının fəaliyyətində fasilələrlə bağlı növbəti açıqlama yayılıb.

presstvaz   xəbər verir ki, qlobal kibertəhlükəsizlik xidmətləri göstərən “Cloudflare” şirkəti “Cloudflare Access” və “WARP” xidmətlərinin tam bərpasını təmin edən dəyişikliklər etdiyini bildirib.

“Access” və “WARP” istifadəçiləri üçün xəta səviyyəsi hadisədən əvvəl olan normal göstəricilərə qayıtdı. Digər xidmətlərin bərpası üzrə işlər davam edir”, – məlumatda qeyd olunur.

“Hazırda qlobal kibertəhlükəsizlik xidmətləri göstərən “Cloudflare” şirkətinin qlobal şəbəkəsində genişmiqyaslı texniki problem müşahidə olunur. Bu nasazlıq nəticəsində ölkəmizdə də bir sıra internet resurslarının fəaliyyətində fasilələr yaranıb və xidmətlərə əlçatanlıq məhdudlaşıb”.

presstvaz xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidmətinin (ETX) yaydığı açıqlamada deyilir.

“Bir daha qeyd edirik ki, yaranmış problem lokal infrastruktur və ya milli internet şəbəkəsi ilə bağlı deyil. Çətinlik birbaşa “Cloudflare”in beynəlxalq şəbəkəsində baş verən texniki nasazlıqdan qaynaqlanır və bütün dünyada çoxsaylı istifadəçilərə təsir göstərir.

Məlumat üçün bildirək ki, nasazlıqla bağlı “Cloudflare” də açıqlama yayıb. Açıqlamaya görə, şirkət hazırda bir neçə müştəriyə təsir edən qlobal səviyyəli nasazlığı araşdırır və aradan qaldırılması istiqamətində iş görür”, – məlumatda bildirilir.

16:26

Azərbaycanda saytlara girişdə çətinlik yaranıb.

presstvaz xəbər verir ki, problem “Cloudflare” xidmətindəki texniki nasazlıqla bağlı olub. Bu barədə “Cloudflare” rəsmi məlumat yayıb.

Həmçinin, bank kartları ilə ödənişdə də problemlər yaşanıb.

Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.

Dünyada, o cümlədən Azərbaycanda saytlara girişdə problem yaşanır - RƏSMİ AÇIQLAMA


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv