Baku TV, “Report” İnformasiya Agentliyi və Qazaxıstanın “Xabar” Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb

Baku TV, “Report” İnformasiya Agentliyi və Qazaxıstanın “Xabar” Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb






presstv

"Presstv"az #Astana, #Audi, #Azərbaycan, #Cənubi Qafqaz, #Özbəkistan, #Qazax, #Qazaxıstan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Global Media Group”a daxil olan Baku TV və “Report” İnformasiya Agentliyi Qazaxıstanın ən nüfuzlu informasiya qurumlarından biri – “Xabar” Agentliyi ilə əməkdaşlıq memorandumu imzalayıb. Sənəd 2025-ci il 18 noyabr tarixində Qazaxıstanın Astana şəhərində imzalanıb.

presstvaz xəbər verir ki, memorandumu Baku TV-nin direktoru Ramin Cəfərov, “Report” İnformasiya Agentliyinin baş direktoru Fuad Hüseynəliyev və “Xabar” Agentliyinin İdarə Heyətinin sədri Kəməlbək Oyşıbayev imzalayıblar. Mərasimdə “Global Media Group”un İdarə Heyətinin üzvü Orxan Məmmədov və Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Ağalar Atamoğlanov iştirak ediblər.

Ağalar Atamoğlanov çıxışında bu əməkdaşlığın regionda informasiya əlaqələrinin inkişafına mühüm töhfə verəcəyini vurğulayıb. O bildirib ki, media sahəsində koordinasiyanın güclənməsi Qazaxıstan və Azərbaycan arasında uzun illərdir formalaşmış dostluq münasibətlərinə əlavə dinamizm qatacaq.

Kəməlbək Oyşıbayev çıxışında qeyd edib ki, “Xabar” Agentliyi Azərbaycan media qurumları ilə tərəfdaşlığı strateji əməkdaşlıq xəttinin mühüm tərkib hissəsi kimi görür:

“Birgə fəaliyyətimiz həm xəbərin hazırlanması prosesində yeni texnoloji imkanların paylaşılmasına, həm də informasiya məhsullarının mübadiləsində daha geniş imkanların açılmasına şərait yaradacaq. Bu müqavilə qarşılıqlı etimadın və davamlı əməkdaşlığın göstəricisidir.”

“Global Media Group”un İdarə Heyətinin üzvü Orxan Məmmədov çıxışında bildirib ki, Baku TV və “Report” İnformasiya Agentliyinin Qazaxıstanla qurduğu bu əməkdaşlıq Cənubi Qafqaz və Mərkəzi Asiya informasiya məkanında yeni sinerji yaradır:

“Bu tərəfdaşlıq yalnız kontent mübadiləsi deyil, həm də iki ölkənin aparıcı media institutları arasında peşəkar standartların genişlənməsi deməkdir. Qarşılıqlı fəaliyyətin praktik nəticələri yaxın zamanda daha aydın görünəcək.”

Memorandum televiziya və informasiya sahəsində birgə layihələrin icrasını, xəbərlərin hazırlanmasında təcrübə mübadiləsini, kontent axınının genişləndirilməsini və yeni media formatlarının inkişafını nəzərdə tutur.

Baku TV-nin regiondakı əməkdaşlıq xətti ötən ay Özbəkistanın “Özbəkistan 24” kanalı ilə imzalanmış memorandumla başlamışdı. Qazaxıstanın “Xabar” Agentliyi ilə əldə olunan yeni razılaşma isə bu istiqamətin davamı olaraq, Mərkəzi Asiyada informasiya əməkdaşlığının daha geniş miqyasda inkişafına xidmət edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv