Müdafiə Nazirliyinin vəzifəli şəxsi həyat yoldaşını azyaşlı uşaqları ilə birgə evdən qovub? – İDDİA

Müdafiə Nazirliyinin vəzifəli şəxsi həyat yoldaşını azyaşlı uşaqları ilə birgə evdən qovub? – İDDİA






presstv

"Presstv"az #Ailə, #Audi, #Avto, #Cinayət işi, #Hərbi Hava Qüvvələri, #Quru Qoşunları, #Səbail, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin vəzifəli şəxsi Eduard Hacıyev həyat yoldaşı Xanım Hacıyeva (ad şərtidir) tərəfindən məhkəməyə verilib.

presstvaz “Teleqraf”a istinadən xəbər verir ki, əmlak tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail Rayon Məhkəməsində baxılıb.

X.Hacıyeva ərizəsində qeyd edib ki, həyat yoldaşı onu döyərək yaşadıqları evdən azyaşlı uşaqları ilə birgə qovub. Onun sözlərinə görə, əri uzun müddətdir Müdafiə Nazirliyinin Maliyyə İdarəsində işləyir.

Hazırda boşanma ərəfəsində olan qadının iddiasına görə, Eduard Hacıyev aldığı avtomobil və daşınmaz əmlakları qohumlarının adına sənədləşdirir. Onun sözlərinə görə, ərinin maaşı təqribən 2 min manat olsa da, qeyd edilən əmlakları əldə etməsi mümkün deyil və həmin qanunsuz pullar onların ailəsinin dağılmasına səbəb olub.

X.Hacıyeva ərizəsində onu da bildirib ki, ümumilikdə 47 650 manat dəyərində cehiz kimi gətirdiyi şəxsi əmlak və birgə nikah dövründə alınan əşyalar cavabdehdən alınaraq ona verilməlidir.

Məhkəmənin hökmünə əsasən, iddia qismən təmin edilib. Qərara əsasən, cavabdeh həyat yoldaşına dəyəri təxminən 7 min manat olan qızılları qaytarmalı, o cümlədən 1 047 manat ödəməlidir.

Qeyd edək ki, Eduard Hacıyev daha öncə Müdafiə Nazirliyinin həbs edilmiş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru qoşunların maliyyə idarəsinin sabiq rəisi, polkovnik Bayram Bayramov və Maliyyə idarəsinin zabiti Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmələrdə dindirilib.

Eduard Hacıyev 2020-ci ilin dekabr ayından 2022-ci ilin fevral ayına kimi hərbi hissədə işlədiyi dönəmdə 151 min manat pul mənimsədiyini, onu da geri qaytardığını etiraf etmişdi.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv