Bir ilin işi, cəmi 60 saniyədə: Tikinti prosesini “Timelapse” ilə izləyin

Bir ilin işi, cəmi 60 saniyədə: Tikinti prosesini “Timelapse” ilə izləyin






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bir yaşayış kompleksinin tikintisi nə qədər müddətə başa gəlir? Bir il, ilyarım? Bəs bu prosesi izləməyi bir dəqiqə sığdırsaq, necə? “Timelapse” çəkiliş texnologiyası ilə bu, artıq mümkündür!

“Timelapse Baku” Azərbaycanda “timelapse” çəkiliş xidmətləri göstərən ilk peşəkar şirkətlərdən biridir. Şirkət uzunmüddətli inşaat, infrastruktur layihələrinin və tədbirlərin təşkil edilməsinin vizual olaraq izlənilməsi və təqdimatı üçün müasir həllər təklif edir.

Niyə “timelapse” video?

“Timelapse” video uzun müddət ərzində baş verən dəyişiklikləri qısa vaxtda izləməyə imkan verən xüsusi çəkiliş texnologiyasıdır. Məsələn, aylarla, bəzən isə illərlə davam edən inşaat işləri, yaxud hazırlığı günlərlə çəkən tədbirlər bir neçə saniyəlik dinamik videoya çevrilir. Bu üsul həm layihələrin miqyasını və nəticəsini göstərmək, həm də vizual hekayə yaratmaq üçün ən təsirli vasitələrdən biridir.

Müasir dövrdə rəqabətli biznes mühitində inşaat işlərinin, tikinti prosesinin və digər layihələrin gedişatının çəkilişi təkcə estetik baxımdan deyil, həm də idarəetmə və kommunikasiya baxımından böyük rol oynayır. “Timelapse” video sayəsində:

– Proseslər, ümumi gedişat günlərdən, aylardan illərə qədər izlənilə və bir neçə dəqiqəyə sığdırıla bilir;

– İnvestorlar və tərəfdaşlar real vaxtda layihənin necə irəlilədiyini görə bilirlər;

– Marketinq və PR üçün yüksəkkeyfiyyətli məzmun əldə olunur;

– Layihə menecerləri prosesi bulud əsaslı sistemlə istənilən yerdən izləyə bilirlər.

“Timelapse Baku”nun üstünlükləri

“Timelapse Baku”nun xidmətləri geniş spektrdə istifadəçilər üçün ideal seçimdir. İnşaat və “developer” şirkətləri layihələrinin inkişafını inşaat videoları vasitəsilə nümayiş etdirmək üçün, dövlət və özəl sektor iri infrastruktur layihələrinin şəffaf və təsirli təqdimatı üçün, tədbir təşkilatçıları isə festivallar, sərgilər və digər genişmiqyaslı tədbirlərin vizual yaddaşını yaratmaq üçün şirkətin xidmətlərindən yararlana bilərlər.

– Peşəkar avadanlıqlar – hər mövsümdə və hər hava şəraitində davamlı çəkiliş;

– Bulud əsaslı monitorinq – 24/7 onlayn nəzarət imkanı;

– Arxivləşdirmə və montaj – hər bir şəkil qorunur, sonda isə keyfiyyətli video hazırlanır;

– Fərqli sahələr üçün həllər – inşaat, sənaye, tədbirlər və s.

Layihələrin başlanğıcından sonuna qədər bütün mərhələlər – avadanlıq quraşdırılması, çəkilişin icrası, görüntülərin arxivləşdirilməsi və sonunda yüksəkkeyfiyyətli videonun istehsalı – “Timelapse Baku” tərəfindən yerinə yetirilir. Şirkətin həyata keçirdiyi layihələr ilə www.timelapsebaku.az veb-saytından tanış ola bilərsiniz.

Əgər siz də layihənizin dəyərini artırmaq, prosesi həm ictimaiyyətə, həm də investorlarınıza vizual və təsirli formada təqdim etmək istəyirsinizsə, “Timelapse Baku” sizin üçün doğru seçimdir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv