Əməkdar artist Yadigar Muradovun SON VƏZİYYƏTİ: Beyninə qan sızıb

Əməkdar artist Yadigar Muradovun SON VƏZİYYƏTİ: Beyninə qan sızıb






presstv

"Presstv"az #Audi, #Şuşa

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Dörd gün olar ki, atam Milli Onkologiya Mərkəzindən Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzinə köçürmüşük”.

Bunu presstvaz-a açıqlamasında Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradovun oğlu Yaşar Muradov deyib.

Əməkdar artist Yadigar Muradovun SON VƏZİYYƏTİ: Beyninə qan sızıb

“Səhhətində hər hansı bir dəyişiklik yoxdur. Beyninə gedən qan damarlarının sıxılması səbəbindən beyinə qansızma baş verib. Damarların sıxılmasına səbəb isə boğazında olan şişlərdir. Ona görə də Milli Onkologiya Mərkəzində dedilər ki, bu artıq bizim xəstəmiz sayılmır, ona görə də burada saxlamağın mənası yoxdur. Çünki onun bədən hərəkəti bərpa olunmalıdır ki, sişlərlə bağlı yenidən əməliyyata gələ bilsin. Ona görə də məcbur qalıb köçürdük Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzinə. Hazırda müalicəsi davam edir, görək necə olacaq. Sifətində ağrılara qismən reaksiya olsa da, əl-qolu hərəkətsizdir. Beyin tam ölməyib, az da olsa reaksiya var, gözünü açıb ətrafa, sağa, sola baxır, amma bədən tam hərəkətsizdir və danışa da bilmir. Vəziyyəti bu gün üçün çox ağır qiymətləndirilir”, – deyə Y.Muradov bildirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv