Azərbaycanda müntəzəm marşrutlar üzrə işləyən avtomobillərin yürüşünə limit qoyulub

Azərbaycanda müntəzəm marşrutlar üzrə işləyən avtomobillərin yürüşünə limit qoyulub






presstv

"Presstv"az #Audi, #Avto, #Bakı, #Ədliyyə Nazirliyi, #Nəqliyyat, #Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, #Rəşad Nəbiyev, #Şuşa

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası “Avtomobil nəqliyyatı xidməti haqqında müqavilənin bağlanılması üçün müntəzəm marşrutlar üzrə avtomobil nəqliyyatı xidməti göstərəcək avtomobil nəqliyyatı vasitələrinə dair tələblər”i təsdiqləyib.

presstvaz “Report”a istinadən xəbər verir ki, bununla bağlı nazir Rəşad Nəbiyev yeni qərar imzalayıb.

Qərara əsasən, bu tələblər Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi şəhərlərinin, Abşeron, Ağdam, Şuşa, Laçın rayonlarının inzibati ərazilərində avtomobil nəqliyyatı vasitələri ilə müntəzəm sərnişin daşınmalarını həyata keçirən daşıyıcılarla müvafiq müqavilənin bağlanılması üçün müntəzəm marşrutlar üzrə xidmət göstərəcək avtomobil nəqliyyatı vasitələrinə dair tələbləri müəyyən edir.

Belə ki, avtomobil nəqliyyatı vasitələri əsasən aşağıdakı tələblərə cavab verməlidir:

– Gediş haqqının elektron qaydada ödənilməsi üçün nəzərdə tutulmuş ödəniş alətinə malik olmalıdır;

– Sərnişin sayğacına (avtomobil nəqliyyatı vasitələrinə minən və düşən sərnişinlərin avtomatik sayılmasını həyata keçirən qurğu) malik olmalıdır.

– Sıxılmış təbii qazla işləyən mühərriklə və dizel mühərriki ilə təchiz edilmiş avtomobil nəqliyyatı vasitələrinin yürüş həddi 1 milyon km-dən, elektrik mühərriki ilə təchiz edilmiş avtomobil nəqliyyatı vasitələrinin yürüş həddi 1,2 milyon km-dən artıq olmamalıdır;

– Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddəti keçməməlidir;

– Elektrik mühərriki ilə təchiz edilmiş avtomobil nəqliyyatı vasitələrinin təkrar doldurula bilən və ya əvəz oluna bilən batareyalarla təmin olunmalıdır.

Qərar 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək.

Nazirliyin Hüquq şöbəsinə bu qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv