Vətən müharibəsi bitəndən indiyədək 412 nəfər minadan zərər görüb: XİN-dən ÇAĞIRIŞ

Vətən müharibəsi bitəndən indiyədək 412 nəfər minadan zərər görüb: XİN-dən ÇAĞIRIŞ






presstv

"Presstv"az #44 günlük Vətən müharibəsi, #Audi, #Azərbaycan, #Ermənistan, #Hadisə, #Mina partlayışı, #Müharibə, #Qazax, #Vətən müharibəsi, #Vəzifə, #Xarici İşlər Nazirliyi (XİN)

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“44 günlük Vətən müharibəsi bitəndən bu günə qədər 412 nəfər mina partlayışından zərər çəkib”.

presstvaz xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) sosial şəbəkə hesabında məlumat açıqlayıb.

Bildirilib ki, minaların mülki şəxsləri hədəfə alması, bərpa və yenidənqurma prosesini ləngitməsi, eləcə də təhlükəsiz qayıdışı əngəlləməsi beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulması kimi qiymətləndirilir.

“Bu hadisə eyni zamanda genişmiqyaslı və sürətləndirilmiş mina təmizləmə əməliyyatları üçün beynəlxalq dəstəyin təcili zəruriliyini bir daha ortaya qoyur”, – deyə xəbərdə qeyd olunub.

Xatırladaq ki, Ermənistanla sərhəd bölgədə yerləşən Qazax rayonunun Bala Cəfərli kəndi ərazisində noyabrın 17-də mina hadisəsi baş verib. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı, 1988-ci il təvəllüdlü Samir Mübariz oğlu İmamverdiyev xidməti vəzifəsini yerinə yetirərkən xəsarət alıb. Əməkdaşın sağ ayağı topuq nahiyəsindən amputasiya edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv