Azərbaycanda doqquz ayda 78 minə yaxın yeni iş yeri açılıb

Azərbaycanda doqquz ayda 78 minə yaxın yeni iş yeri açılıb






presstv

"Presstv"az #Audi, #Bakı, #Lənkəran, #Naxçıvan Muxtar Respublikası, #Nəqliyyat, #Qazax, #Quba, #Salyan, #Şəki, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

2025-ci ilin yanvar-sentyabr aylarında ölkədə 77.7 min yeni iş yeri yaradılıb.

presstvaz rəsmi statistikaya əsaslanaraq xəbər verir ki, bu iş yerlərinin 91.4 faizi qeyri-dövlət sektorunun payına düşüb.

Yeni açılan iş yerlərinin 75.9 faizi Bakı şəhərində, 0.8 faizi Naxçıvan Muxtar Respublikasında, 23.3 faizi isə regionlarda formalaşıb. Regionlar üzrə bölgüdə 7.2 faiz Abşeron-Xızı, 2.7 faiz Quba-Xaçmaz, 2.7 faiz Şəki-Zaqatala, 2.4 faiz Qarabağ, 1.9 faiz Gəncə-Daşkəsən, 1.5 faiz Şirvan-Salyan, 1.2 faiz Lənkəran-Astara, 0.9 faiz Şərqi Zəngəzur, 0.9 faiz Mərkəzi Aran, 0.8 faiz Qazax-Tovuz, 0.6 faiz Mil-Muğan və 0.5 faiz Dağlıq Şirvan iqtisadi rayonlarına məxsusdur.

Yeni yaradılmış iş yerlərinin 9.1 faizi yeni müəssisə və təşkilatlarda, 89.8 faizi mövcud müəssisələrdə, 0.4 faizi fəaliyyəti bərpa olunan müəssisələrdə formalaşıb, 0.7 faiz iş yeri isə müxtəlif layihələr və abadlıq işləri nəticəsində açılıb.

Hüquqi şəxslər tərəfindən açılan iş yerlərinin 25.1 faizi tikinti, 16.2 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 12.1 faizi emal sənayesi, 7.9 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 7.5 faizi peşə, elmi və texniki fəaliyyət, 4.6 faizi təhsil, 3.7 faizi inzibati və yardımçı xidmətlər, 3.6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3.6 faizi səhiyyə və sosial xidmətlər, 3.3 faizi kənd təsərrüfatı və balıqçılıq, 2.6 faizi informasiya və rabitə, 2.1 faizi isə maliyyə və sığorta sektorlarında qeydə alınıb.

Hesabat dövründə 8.2 min iş yeri bağlanıb. Bağlanmış iş yerlərinin 47.4 faizi qeyri-dövlət sektorunda, 27.3 faizi müəssisə və təşkilatların fəaliyyətinin dayandırılması, 72.7 faizi isə mövcud müəssisələrdə aparılan ixtisarlarla əlaqədar olub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv