Məmurların əsas missiyası və Prezident İlham Əliyevin onlardan tələbi

Məmurların əsas missiyası və Prezident İlham Əliyevin onlardan tələbi






presstv

"Presstv"az #Audi, #Hakim, #İlham Əliyev, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Əvvəllər bölgələrdə əsas problemlər infrastrukturla bağlı idi. İndi dövlətin xətti ilə o məsələlərin hamısı həllini tapıb. Magistral və şəhərlərarası yollar çəkilib, təmir olunub. Kənd yollarının 70-80 faizi standartlara cavab verir. Elektrik, su, qaz kimi kommunal problemlər həllini tapıb. Hazırda əsas problemlərdən biri insanları paytaxta köçməyə məcbur edən işsizlikdir”.

Bu barədə Baku TV-nin “Yekunlaşdıraq” verilişində bildirilib.

Proqramda Prezident İlham Əliyevin Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edərkən səsləndirdiyi fikirlər xatırladılıb:

“Yerlərdəki rəhbərlərdən də tələbim odur ki, iş yerlərinin yaradılmasına çalışsınlar, iş adamlarına şərait yaratsınlar. Təbii ki, onlara dəstək vermək lazımdır. Çünki yerli istehsalın inkişafı həm məşğulluq məsələlərini təmin edir, eyni zamanda, yerli istehsalı da gücləndirir”.

Vurğulanıb ki, yeni məmurların əsas missiyalarından biri məhz bu olmalıdır. Problemin həlli üçün məsələyə kompleks və köklü şəkildə yanaşmaq lazımdır:

“Aydınlaşdırmaq gərəkdir ki, rayonun işgüzar potensialının reallaşmasına nə mane olur? Bəzi hallarda hətta yerli biznesə dəstək vermək də yox, sadəcə, mane olmamaq bəs edər”.

Ətraflı – Baku TV-nin videomaterialında:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv