Nazir: “2027-2030-cu illər strategiyasında STEAM Azərbaycan təhsilinin özəyi olacaq”

Nazir: “2027-2030-cu illər strategiyasında STEAM Azərbaycan təhsilinin özəyi olacaq”






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Emin Əmrullayev, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“STEAM Azərbaycan” festivalının ilk ili ilə müqayisədə 50 dəfədən çox məktəbli STEAM metodologiyası ilə tədrisə cəlb olunub. Hazırda ölkənin 21 bölgəsində STEAM mərkəzləri fəaliyyət göstərir və layihə beynəlxalq miqyasda da təqdim olunur”.

presstvaz xəbər verir ki, bu fikirləri “STEAM Azərbaycan” festivalının açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, STEAM təhsili ilk baxışda əyləncəli və oyun kimi görünsə də, əslində ciddi elmi əsaslara söykənir:

“Burada riyaziyyat, mühəndislik, incəsənət və digər fənlər birləşdirilərək layihəəsaslı öyrənməyə yönəlir. Əsas məqsəd uşaqları yalnız biliklə deyil, bacarıq və layihə düşüncəsi ilə yetişdirməkdir.

Artıq bu təşəbbüs sadəcə böyük şəhərlərdəki bir neçə məktəbdə deyil, ölkə üzrə 300 mindən artıq şagirdi əhatə edən geniş bir hərəkat halını alıb. Məktəblərin 5-dən biri, 3-9-cu siniflər üzrə isə 4-dən biri bu sistemə daxil edilib. Yeni tikilən və təmir olunan məktəblərdə də STEAM təhsili əsas komponent kimi nəzərdə tutulur.

İnanıram ki, 2027-2030-cu illər strategiyasında STEAM artıq layihə deyil, Azərbaycan təhsilinin özəyi olacaq”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv