Bəzi restoranlarda siqaret qadağasına əməl edilmir – ŞİKAYƏT

Bəzi restoranlarda siqaret qadağasına əməl edilmir – ŞİKAYƏT






presstv

"Presstv"az #Audi, #Azad İstehlakçılar Birliyi, #Azərbaycan, #Bakı, #Eyyub Hüseynov, #Sağlamlıq, #Siqaret

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bəzi restoran və kafelərdə, digər ictimai iaşə obyektlərində tütündən istifadəyə dair qadağalara əməl edilmir.

presstvaz-a bununla bağlı şikayət edən vətəndaş Firuzə Ağalarova bildirir ki, “Ağ şəhər”də yerləşən “Bedus” adlı restoranda gecə saatlarında, saat 22-23 radələrindən sonra ümumi zalda siqaret çəkilməsinə göz yumulur.

Bununla bağlı restoranın əməkdaşlarına irad bildirilsə də, nəticəsi olmayıb.

Bəzi restoranlarda siqaret qadağasına əməl edilmir - ŞİKAYƏT

Bu kimi hallara digər restoranlarda da rast gəlinir.

“Son illər küçələrdə siqaret çəkib yerə atılmasına ciddi nəzarət olunsa da, ictimai-iaşə obyektlərdə qanun kobud şəkildə pozulur”.

Bu sözləri presstvaz-a açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov 2017-ci ildə qəbul edilən “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanunun tələblərinin pozulmasını şərh edərkən deyib:

Bəzi restoranlarda siqaret qadağasına əməl edilmir - ŞİKAYƏT

“Qanunun qüvvəyə minməsindən illər keçməsinə baxmayaraq, paytaxt və bölgələrdə bir çox iaşə obyektində bu tələblərin kobud şəkildə pozulduğu müşahidə edilir: Bakıda çox az sayda restoran və ya kafe var ki, qapalı yerdə siqaret çəkilməsinə icazə verilmir. Bəzi restoranlarda heç siqaret çəkilməsi üçün yerlər belə ayrılmayıb. Bir çox obyekt, xüsusilə qəlyanı əsas xidmət növü kimi təklif edənlər, ventilyasiya tələblərinə əməl etmədən qapalı zallarda müştərilərə tütün məmulatları təqdim etməyə davam edir.

Qanunla nəzərdə tutulmuş xüsusi çəkmə yerləri ya ümumiyyətlə ayrılmır, ya da formal xarakter daşıyır və tüstü digər qapalı zonalara sızır”.

Eyyub Hüseynov bildirib ki, qanunvericilikdə problem yoxdur, əsas məsələ icra mexanizminin zəifliyindədir. O vurğulayıb ki, nəzarət orqanları tərəfindən daimi və sərt tələblər olmasa, sahibkarlar müştəri maraqlarını əsas gətirərək qanunu pozacaqlar:

“Ardıcıl və sərt nəzarət tədbirlərinin zəifliyi səbəbindən sui-istifadə edilir. Həmçinin, qanunu pozan müəssisələrin və şəxslərin ardıcıl şəkildə cəzalandırılmaması da qanunun pozulmasını şərtləndirir.

Ən əsası isə istehlakçılar və sahibkarlar arasında qanunun tələbləri və passiv siqaretçəkmənin yaratdığı sağlamlıq riskləri barədə maarifləndirmənin aşağı səviyyədə olması vəziyyətin bu həddə qədər gəlib çatmasına səbəb olub”.

E.Hüseynov hesab edir ki, qanunun tam işləməsi və əhalinin sağlamlığının qorunması üçün müntəzəm reydlərin keçirilməsi, cərimə mexanizmlərinin sərtləşdirilməsi və ictimai nəzarətin gücləndirilməsi əsas şərtlərdir.

Onun sözlərinə görə, qanunun tələbləri qapalı ictimai məkanlar başda olmaqla bütün ölkə boyu kobud şəkildə pozulur:

“Azərbaycanda siqaretlər marketlərin kassalarının yanında açıq şəkildə nümayiş olunur. Dünyada çox az ölkədə belə nümunə var. Azərbaycan BMT-nin tütün əleyhinə çərçivə konvensiyasına qoşulub və qanunda ardıcıl olaraq bir-neçə dəfə dəyişiklik olub. Hər dəfə də dəyişikliklər xalqın xeyrinə edilib. Amma qanun icra olunmur. Köşklər başda olmaqla bəzi mağazalarda siqaretlərin tək-tək satılması, eləcə də məktəblərin və sağlamlıq obyektlərinin yaxınlığında tütün məmulatlarının satılması qadağan edilib. Amma buna bir çox yerlərdə əməl olunmur. Siqaret çox az mallardan biridir ki, dünya buna qarşı gedir. Lakin qanunun gücləndirilməsinə baxmayaraq yerinə yetirilmir.

Siqaretin bütün növləri zərərlidir. Layt, yüngül və nazik siqaretlər də bura aiddir. Lakin zərərlidən daha zərərlisi isə filtrsiz ucuz siqaretlərdir və təəssüf ki, Azərbaycanda illər boyu bu istehsal olunur”.

Eyyub Hüseynovun fikrincə mövcud qanunvericilik siqaret satışını dolayısı ilə stimullaşdırır:

“Azərbaycanda müasir marketlərə daxil olduqda bizi canlı siqaret reklamı qarşılayır. Çünki reklam haqqında qanuna görə malın özü reklam hesab olunmur. Bu səhvdir. Qanuna təsir olunub, qanun yanlış qəbul olunub. Malın özü əslində ən yaxşı canlı reklamdır. Ona görə qanuna müdaxilə nəticəsində əldə olunan bu mənfi nəticədən satıcılar istifadə edir və Azərbaycanda marketlərdə insanları ilk siqaret taxçaları kassirin yanında qarşılayır. Bu yolverilməzdir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv