Londondan “LUKOIL”un Bolqarıstandakı strukturlarına yaşıl işıq

Londondan “LUKOIL”un Bolqarıstandakı strukturlarına yaşıl işıq






presstv

"Presstv"az #ABŞ, #Audi, #Bolqarıstan, #Böyük Britaniy, #Böyük Britaniya, #Lukoil, #Maliyyə Nazirliyi, #Münaqişə, #Rusiya, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Böyük Britaniya Xəzinədarlığının Maliyyə Sanksiyalarının İcrası İdarəsi sanksiya məhdudiyyətləri çərçivəsində “LUKOIL”un Bolqarıstandakı strukturları ilə əməliyyatların həyata keçirilməsinə lisenziyanın müddətini 2026-cı il fevralın 14-dək uzadıb.

presstvaz “İnterfaks”a istinadla xəbər verir ki, qurumun bildirişinə əsasən, söhbət “LUKOIL Bulgaria EOOD” və “LUKOİL Neftochim Burgas AD” şirkətləri ilə qarşılıqlı əlaqədən gedir.

Böyük Britaniya “LUKOIL”u Rusiyanın sanksiya siyahısı seqmentinin geniş miqyasda yenilənməsi çərçivəsində oktyabrın 15-də siyahıya daxil edib.

Sonra ABŞ Maliyyə Nazirliyi oktyabrın 22-də “LUKOIL”u sanksiya siyahısına daxil edərək, əməliyyatların dayandırılması üçün noyabrın 21-dək lisenziya verib. Tezliklə şirkət xarici aktivlərini satmaq niyyətində olduğunu açıqlayıb. Daha sonra məlum olub ki, “LUKOIL” “Gunvor” beynəlxalq xammal treyderindən xarici aktivlərinin satın alınması təklifini qəbul edib. Söhbət “LUKOIL International GmbH”nin 100% səhminin alınmasından gedir, sövdələşmənin əsas şərtləri tərəflər arasında razılaşdırılıb.

Lakin ABŞ Maliyyə Nazirliyinin mövqeyi səbəbindən bunun həyata keçirmək mümkün olmayıb. Nazirlik Ukraynada münaqişə davam etdiyi müddətdə “Gunvor”a biznes aparmaq üçün lisenziya verməyəcəyini bəyan edib. Buna görə də alıcı öz təklifini geri çəkib.

“LUKOIL” Bolqarıstanda 1999-cu ilin oktyabrında 8.8 milyon ton gücündə Burqasdakı neft emalı zavodunun səhmlərinin nəzarət paketinin sahibi kimi fəaliyyətə başlayıb. O, həmçinin ölkədə 500-dən çox yanacaqdoldurma məntəqəsindən ibarət şəbəkəni idarə edir. Son üç il ərzində “LUKOIL”un Bolqarıstanda fəaliyyəti Aİ-yə Rusiya neftinin idxalının qadağan edilməsi səbəbindən çətinləşib. Şirkət bildirib ki, ölkə ərazisində strategiyasını biznesin satılması da daxil olmaqla yenidən nəzərdən keçirməyə başlayıb. Lakin Burqasdakı neft emalı zavodu və yanacaqdoldurma məntəqələri şəbəkəsi hələ də şirkətə məxsusdur.

Bolqarıstan ABŞ-nin “LUKOIL”a tətbiq edilən sanksiyaların onun ərazisində altı ay müddətinə təxirə salacağına ümid bəsləyir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv