“TikTok”da qadınla tanış oldu, evinə gedib 15 yaşlı qızını qaçırdı

“TikTok”da qadınla tanış oldu, evinə gedib 15 yaşlı qızını qaçırdı






presstv

"Presstv"az #Ailə, #Cinayət işi, #Gəncə şəhəri, #Hacıqabul rayonu, #Hadisə, #Sabirabad, #Sabirabad rayonu, #TikTok

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Sabirabad rayonunda 15 yaşlı qızı qaçıran şəxs həbs edilib.

presstvaz-ın məlumatına görə, Sabirabad sakini, 1997-ci il təvəllüdlü Gülxan Əvəzov (ad və soyad şərtidir) “TikTok” sosial şəbəkəsində Hacıqabul rayonundan olan Ləman adlı xanımla tanış olub. Bir müddət danışandan sonra Gülxanla Ləman arasında münasibət yaranıb.

Bir gün Gülxan Hacıqabul rayonuna Ləmangilə qonaq gedib. O, evdə olarkən Ləmanın 15 yaşlı qızını görüb. Qızla Gülxan arasında sevgi münasibəti yaranıb və onlar telefonla danışmağa başlayıblar. Bir müddətdən sonra 15 yaşlı qız Gülxanla ailə qurmaq istədiyini bildirib. Gülxan bu barədə onun anası Ləmana deyib və o, buna etiraz etməyib. Bir neçə gündən sonra Gülxan qızı qaçırıb.

Bunun ardınca Gülxanın atası Ləmangilə gedib və ona oğlunun qızı ilə evlənmək istədiyini bildirib. Ləman isə deyib ki, qızı azyaşlıdır, yalnız yaşı tamam olandan sonra evlənə bilərlər. Gülxanın atası onunla razılaşıb və qızı anasının evinə qaytarıblar.

Bir müddətdən sonra isə qızın təkidi ilə Gülxan onu yenidən qaçırıb və Gəncə şəhərinə aparıb. Onlar bir gecə Gəncə şəhərində “İmamzadə” məscidinin yaxınlığındakı ağaclıqda gecələyiblər və orada cinsi əlaqədə olublar. Daha sonra Sabirabad rayonuna, Gülxanın atası evinə gəliblər.

Hadisədən xəbər tutan Ləman hadisə barədə polisə məlumat verib. Polisin keçirdiyi əməliyyatla Gülxan saxlanılıb və faktla bağlı cinayət işi başlanılıb.

Cinayət işi Sabirabad Rayon Məhkəməsinə göndərilib. Məhkəmə istintaqı zamanı 15 yaşlı qız öz istəyi ilə qaçdığını bildirib və Gülxandan şikayətçi olmayıb.

Məhkəmənin hökmü ilə Gülxan Əvəzov 1 il 6 ay azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv