ABŞ-nin Maduronu devirmək üçün mümkün ssenariləri AÇIQLANDI

ABŞ-nin Maduronu devirmək üçün mümkün ssenariləri AÇIQLANDI






presstv

"Presstv"az #ABŞ, #Böyük Britaniy, #Böyük Britaniya, #Donald Tramp, #Gəmi, #Hadisə, #Hakim, #İran, #Liviya, #Nikolas Maduro, #Venesuela

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-nin Prezidenti Donald Trampın administrasiyası Venesuela Prezidenti Nikolas Maduronu devirmək üçün üç hərbi əməliyyat variantı hazırlayıb.

presstvaz xəbər verir ki, bu barədə “The Daily Telegraph” məlumat yayıb.

Qeyd olunur ki, bu variantlar əsasən keçmişdə müxtəlif ölkələrdəki rejim dəyişikliyi nümunələrinə əsaslanır.

Birinci ssenari 1989-cu ildə Panamada baş verən hadisələrlə bağlıdır. O zaman ABŞ qüvvələri Panama hərbi komandanı və ölkə rəhbəri Manuel Norieqanın sığınacaq axtardığı Vatikan səfirliyini mühasirəyə alıb. Nəticədə o, təslim olub və məhkəmə üçün Floridaya aparılıb. Materialda qeyd olunur ki, bu strategiya Venesuelanın paytaxtı Karakasın yaxınlığındakı çimərliklərdə dəniz desantının yerləşdirilməsi və ya helikopterlərin istifadəsi ilə bağlıdır. Lakin planın çətinliyi ondan ibarətdir ki, ABŞ-nin silahlı müdaxilə üçün plasdarm kimi istifadə edə biləcəyi dost qonşu ölkələr yoxdur.

İkinci variant – uzaqmənzilli silahlardan istifadədir. Regionda cəmləşdirilmiş hərbi qüvvələr bunun Trampın əsas planı olduğunu göstərir. “The Daily Telegraph” qeyd edir ki, bu ssenari üçün ən yaxın tarixi analogiya 2011-ci ildə Müəmmar Qəddafini devirmək üçün Liviyaya zərbələr endirilməsidir. Lakin Venesuelada hakimiyyətə gəlməyi gözləyən müxalifət yoxdur.

Üçüncü ssenari “casusların göndərilməsi” adlanır. Qəzetin məlumatına görə, ABŞ artıq Venesuelaya kəşfiyyatçılar yerləşdirib. Bu cür fəaliyyət planına tarixi nümunə kimi ABŞ və Böyük Britaniyanın 1956-cı ildə İranın baş naziri Məhəmməd Mosaddıka qarşı əməliyyatı göstərmək olar.

Lakin nəşrin eksperti qeyd edir ki, Maduronun tərəfdarlarından hər hansı birinin onu daxildən devirməyə hazır olduğuna dair heç bir əlamət yoxdur.

Xatırladaq ki, sentyabrın əvvəlindən ABŞ ordusu Venesuela sahilləri yaxınlığındakı narkotik daşıyan gəmilərə (Donald Trampın iddiasına görə) zərbələr endirir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv