İsrail rəsmisi: “Ordu İranla 12 gündən çox davam edə biləcək müharibəyə hazırlaşır”

İsrail rəsmisi: “Ordu İranla 12 gündən çox davam edə biləcək müharibəyə hazırlaşır”






presstv

"Presstv"az #Audi, #İran, #İsrail, #Müharibə, #Münaqişə, #Tehran, #Təl-Əviv

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İsrail ordusu İranla 12 gündən çox davam edə biləcək mümkün müharibə ssenarisinə hazırlaşır.

“Azad İran” “Telegram” kanalı xəbər verir ki, bunu İsrailin təhlükəsizlik sahəsində adı açıqlanmayan yüksəkrütbəli rəsmisi bildirib.

Onun sözlərinə görə, əgər İslam Respublikası ilə yeni münaqişə baş versə, İsrail əvvəlkindən daha aqressiv hərbi əməliyyatlar həyata keçirəcək:

“12 günlük müharibədə İsrail bütün hərbi imkanlarından istifadə etməyib, lakin gələcək qarşıdurmada İrana daha sərt cavab veriləcək”.

İsrail rəsmisi bildirib ki, Tramp administrasiyasının İran rejimini devirmək planlarının tam reallaşdırılması çox vacibdir.

O, “The New York Times” qəzetinin məlumatına münasibət bildirərək qeyd edib ki, Təl-Əvivin hesablamalarına görə, Tehran öz hava müdafiə imkanlarını yenidən qurmaq istiqamətində ciddi addımlar atır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv