Mübariz Əsgərovun “Zəfərə açılan pəncərə” filmi təqdim edildi

Mübariz Əsgərovun “Zəfərə açılan pəncərə” filmi təqdim edildi






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Hadisə, #İrəvan, #Müharibə, #Şuşa, #Vətən müharibəsi, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Publisist, Əməkdar jurnalist Mübariz Əsgərovun Vətən müharibəsinin 5 illiyinə həsr olunmuş “Zəfərə açılan pəncərə” filminin təqdimatı keçirilib.

presstvaz xəbər verir ki, filmlə bağlı Mübariz Əsgərov təqdimatda qeyd edib ki, Şuşa həbsxanasında işğal vaxtı haqsız yerə yüzlərlə azərbaycanlı əsir və girov saxlanılırdı, erməni separatçılar tərəfindən təhqir olunan bu insanlara ağır işgəncələr verilirdi:

“Sadəcə azərbaycanlı olduqlarına görə. Onların hər birinin əsirlik həyatı heç vaxt unuda bilməyəcəkləri dəhşətli hadisələrlə doludur”.

Mübariz Əsgərovun Zəfərə açılan pəncərə filmi təqdim edildi

Filmdə bir vaxtlar erməni əsirliyində olmuş şəxsin (Dilqəm Əsgərovun-red.) Şuşa həbsxanasından xatirələri yer alır:

“Hər gecə yuxularımda azad həyatı, öz evimi, doğmalarımı görürdüm. Gözümü açanda əsirlik həyatı başlayırdı. Ona görə yuxudan ayılmaq istəmirdim… Bir gecə top, mərmi səsləri eşitdim…Vətən müharibəsi başlanmışdı. Çox sevindim. Atəş səsləri yaxınlaşdıqca sevincimin həddi-hüdudu yox idi. Bizimkilər Şuşaya, həbsxanaya yaxınlaşırdılar. 44 günlük müharibənin son günlərində məni Şuşa həbsxanasından İrəvan həbsxanasına apardılar. Hiss edirdim ki, məni azad edəcəklər, çünki bizimkilər artıq qələbə qazanmışdılar. Söz sahibi idilər. İnanırdım ki, Azərbaycan məni də əsirlik həyatından xilas edəcək. Elə də oldu. Bir gün mənə dedilər ki, yığış, aeroporta gedirsən. Mən onda bildim ki, azad oluram. Həmin hissləri sözlə ifadə etmək çox çətindir.

Gözlərimə inana bilmirəm. Hətta mənim şəxsi əşyalarım hələ də əzab çəkdiyim bu kameradadır. Onları bir xatirə kimi özümlə götürəcəyəm. Söz tapmağa çətinlik çəkirəm… Ağır çəkiclə sümüklərimi sındırmışdılar, bədənimin çox yerini zədələmişdilər. Tapança ilə dişlərimi sındırmışdılar. Hansını deyim? Həmin zədələrdən sonra mən uzun müddət özümə gələ bilmirdim… İndi azad olsam da həmin zədələr mənə çox əzab verir. Şükürlər olsun bu günə. Qarabağ da azaddır, mən də. Bundan böyük xoşbəxtlik ola bilərmi?”

presstvaz həmin filmi təqdim edir:

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv