İmişlidə doğuş zamanı qadının ölümü ilə bağlı DƏHŞƏTLİ TƏFƏRRÜAT

İmişlidə doğuş zamanı qadının ölümü ilə bağlı DƏHŞƏTLİ TƏFƏRRÜAT






presstv

"Presstv"az #Araşdırma, #Araşdırma aparılır., #Audi, #Həkim, #İmişli, #Təcili Tibbi Yardım, #Vəfat edib

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İmişlidə hamilə qadın və bətnində olan uşaq xəstəxanada ölüb.

presstvaz AZƏRTAC-a istinadən xəbər verir ki, İmişli sakini, Mirvari Əbülfət qızı Hətəmova hamiləlik sancıları ilə İmişli doğum evinə yerləşdirilib. Doğuş prosesində halı pisləşən 42 yaşlı ana və bətnində olan uşaq ölüb.

Ölən qadının həyat yoldaşı Daşqın Əhmədov bildirib ki, həyat yoldaşı hamiləlik sancısı ilə xəstəxanaya aparılıb:

“Yüngül sancılar oldu və dərhal xəstəxanaya apardıq, həkimlərə təhvil verdik və gözlədik, bizə məlumat verdilər ki, burada gözləməyin və gedə bilərsiniz. Biz isə evə çatanda xəbər gəldi ki, yoldaşım xəstəxanada dünyasını dəyişib. Hamiləlik dövründə hər hansı narahatlıq olmamışdı və demək olar ki, hər ay həkim müayinəsində olurdu. Bu, dördüncü doğuşu idi. İlk uşaq anadan olandan sonra zəif olduğu üçün dünyasını dəyişmişdi. Daha sonra iki övladımız olub, hazırda birinin 7, digərinin isə 4 yaşı var. Bu uşaq isə artıq doğuş ərəfəsində idi və xəstəxanaya apardıq, ana və bətnindəki uşaq öldü”.

11:35

İmişlidə doğuş zamanı ölən qadının ölüm səbəbi açıqlanıb.

Bu barədə presstvaz-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

“Noyabrın 9-u saat 16:30-da 1983-cü il təvəllüdlü qadın 39-40 həftəlik hamiləlik diaqnozu ilə İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Zəruri tibbi yardım göstərildikdən sonra o, Ginekologiya və doğum şöbəsinə yerləşdirilərək doğuş prosesinə cəlb olunub.

Lakin doğuş prosesi başlamazdan əvvəl hamilədə arterial təzyiqin anidən yüksəlməsi müşahidə edilib.

Zəruri instrumental-diaqnostik müayinələrə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 17:40 radələrində hamilənin və dölün bioloji ölüm faktı qeydə alınıb.

Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İmişli rayon şöbəsinə təhvil verilib.

Qeyd edək ki, qadın hamiləliyin 18, 22 və 35-ci həftəliyində həkim müayinəsində olub və hamiləlik dövründə heç bir patologiya müşahidə edilməyib”, – məlumatda qeyd olunub.

Aygün Mirakif

11:07

İmişlidə hamilə qadın doğuş prosesində vəfat edib​.

presstvaz xəbər verir ki, rayon sakini, 9 aylıq hamilə qadın xəstəxanada doğuş zamanı dünyasını dəyişib.

​Belə ki, 1983-cü il təvəllüdlü Mirvari Əbülfət qızı Hətəmova 9 aylıq hamiləlik sancıları ilə İmişli Doğum Evinə yerləşdirilib.

Ancaq Mirvari Hətəmovanın doğuş zamanı halı pisləşib. O, uşaq dünyaya gətirmədən vəfat edib.

​Faktla bağlı araşdırma aparılır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv