Yumurta seçərkən bu səhvləri etməyin – Diqqət

Yumurta seçərkən bu səhvləri etməyin – Diqqət






presstv

"Presstv"az #Bakteriya, #Sağlamlıq, #Soyuducu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yumurta gündəlik qidalanmada ən çox istifadə olunan məhsullardan biridir. Lakin bir çox insan yumurta alarkən bəzi vacib məqamlara diqqət etmir.

presstvaz xəbər verir ki, mütəxəssislər xəbərdarlıq edir ki, aşağıdakı məqamları bilmədən yumurta almaq həm sağlamlıq, həm də keyfiyyət baxımından risklidir:

Tarixə diqqət edin: Yumurta qablaşdırmasının üzərində istehsal və son istifadə tarixi göstərilir. Həmişə daha təzə tarixli məhsulları seçmək tövsiyə olunur.

Qabığa baxın: Çatlamış, ləkəli və ya kirdən təmizlənməmiş yumurtalar bakteriya daşıya bilər. Belələri alınmamalıdır.

Rəng fərqi aldatmasın: Ağ və ya qəhvəyi yumurtanın qida dəyərində ciddi fərq yoxdur. Fərq yalnız toyuğun cinsindən asılıdır.

Soyuducuda saxlanma: Yumurta otaq temperaturunda uzun müddət qaldıqda tez xarab ola bilər. Aldıqdan sonra mütləq soyuducuda saxlayın.

"Suda batma testi": Evdə şübhəli yumurtanı yoxlamaq üçün stəkana su qoyun. Əgər yumurta dibə batırsa təzədir, üzdə qalırsa köhnədir.

Etiket məlumatı: "Orqanik", "azad gəzən" və ya "ferma" yazıları istehsal üsulu haqqında məlumat verir. Bu göstəricilərə diqqət etmək sağlam və keyfiyyətli seçim etməyə kömək edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv