Xankəndidə Zəfərimizin 5 illiyi möhtəşəm bayram coşqusu ilə qeyd olunub

Xankəndidə Zəfərimizin 5 illiyi möhtəşəm bayram coşqusu ilə qeyd olunub






presstv

"Presstv"az #44 günlük Vətən müharibəsi, #Ailə, #Audi, #Azərbaycan, #Müharibə, #Tikinti və İdarəetmə Xidməti, #Vətən müharibəsi, #Xankəndi şəhəri

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Noyabrın 8-də Xankəndi şəhərində 44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfərin 5 illik yubileyi böyük qürur və sevinclə qeyd edilib. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə tarixi Zəfərin rəmzinə çevrilmiş Xankəndidə möhtəşəm bayram konserti və atəşfəşanlıq proqramı təşkil olunub.

presstvaz bildirir ki, Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikası Prezidentinin Xankəndi, Ağdərə və Xocalı rayonları üzrə xüsusi nümayəndəliyinin əməkdaşları, dövlət və hökumət rəsmiləri, müharibə iştirakçıları, şəhid ailələri, ictimaiyyət nümayəndələri və minlərlə sakin iştirak edib.

Bayram konsertində Azərbaycanın tanınmış incəsənət ustaları və gənc ifaçılar vətənpərvərlik ruhunda musiqilər, bədii kompozisiyalarla çıxış ediblər. Tədbir zamanı səslənən musiqilər, Xankəndi səmasını bəzəyən möhtəşəm atəşfəşanlıqla unudulmaz anlar yaşadıb.

Bu gün Xankəndidə keçirilən Zəfərin 5 illiyi, Azərbaycanın dövlətçilik tarixində qalib xalqın sarsılmaz birliyinin, əzmkarlığının və əbədi Zəfər iradəsinin təntənəsi kimi yadda qalacaq.\oxu.az/


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv