“C5+1” ölkələri birgə fəaliyyətlə bağlı növbəti mərhələyə başlayıblar

“C5+1” ölkələri birgə fəaliyyətlə bağlı növbəti mərhələyə başlayıblar






presstv

"Presstv"az #ABŞ, #Audi, #Özbəkistan, #Qazax, #Qazaxıstan, #Qırğızıstan, #Tacikistan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və ABŞ-ni birləşdirən “C5+1” diplomatik platforması iqtisadi əməkdaşlığın inkişafı və tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi ilə bağlı birgə fəaliyyət proqramı hazırlayıblar.

presstvaz xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, sözügedən ölkələr ticarət, texnologiya və investisiya, logistika və enerji sahələrində birgə fəaliyyətlərini davam etdirəcəklər.

Birgə bəyanatda qeyd olunur ki, regionun dayanıqlı iqtisadiyyatı onların suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünün mühüm dayağıdır. Yeni formatda regional ticarət-iqtisadi əlaqələrin inkişafı üçün nəzərdə tutulmuş tərəfdaşlığın biznes ölçüsünə xüsusi diqqət yetiriləcək.

“C5+1” ölkələri biznes mühitinin yaxşılaşdırılması, tənzimləyici islahatların həyata keçirilməsi, ticarət və investisiyaların stimullaşdırılması barədə razılığa gəliblər. Kiçik və orta biznesin dəstəklənməsi, birgə müəssisələrin yaradılması, innovasiyaların inkişafı əməkdaşlığın prioritetləri olacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv