Azərbaycan QHT-ləri müharibənin qalibi və sülhün müəllifi kimi İlham Əliyevin tarixi missiyasını alqışlayırlar

Azərbaycan QHT-ləri müharibənin qalibi və sülhün müəllifi kimi İlham Əliyevin tarixi missiyasını alqışlayırlar






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Böyük Qayıdış, #İlham Əliyev, #İşğaldan azad olunmuş ərazilər, #Konstitusiya və Suverenlik İli, #Müharibə, #Münaqişə, #Qarabağ və Şərqi Zəngəzur, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bu günlərdə Azərbaycan QHT-ləri Xankəndidə Prezident İlham Əliyevə müraciət ünvanlayıblar.

presstvaz AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə QHT-lər dövlətimizin başçısının Azərbaycanı qələbədən-qələbəyə aparan siyasətini tam müdafiə edir, müharibənin qalibi və sülhün müəllifi kimi Prezident İlham Əliyevin tarixi missiyasını alqışlayaraq bildiriblər:

“Bu il avqustun 8-də keçirilmiş Vaşinqton Zirvə görüşü də sübut edir ki, “Konstitusiya və Suverenlik İli” Azərbaycan tarixinə yeni mərhələnin başlanğıcı kimi düşəcək. Biz Sizinlə fəxr edirik! Şəhidlərimizin qanı, veteranlarımızın şücaəti, xalqımızın birliyi, Sizin güclü liderliyiniz və dəmir yumruğunuz sayəsində əldə edilmiş ərazi bütövlüyü və suverenliyimizi göz bəbəyi kimi qorumaq ilk növbədə vətəndaşlıq borcu, milli şərəfimizdir. Azərbaycan QHT-ləri bu yolda daim mübariz olacaq!”

Müraciətdə, həmçinin Böyük Qayıdışa güclü dəstək ifadə edilir: “Qarabağ və Şərqi Zəngəzurun azad edilməsi, sürətlə dirçəlişi Sizin yürütdüyünüz siyasətin təntənəsi, tarixi bəhrəsidir. İşğaldan azad olunmuş ərazilərdə – 30 il müddətində viran qalmış yerlərdə qısa müddətdə 6 şəhər, 2 qəsəbə və 20 kənd qurulub, 60 minə yaxın insan artıq bu yerlərdə məskunlaşıb, proses sürətlə davam etdirilir. Azərbaycan postmünaqişə bölgəsində şəhərsalma təcrübəsi ilə dünyada bənzərsiz nümunə, model yaradıb”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv